..::Müsəlman yalan danışa bilərmi?::..
aze
3 Dek 2013 / 22:10
Cavab: İstər müsəlman, istərsə də qeyri-müsəlmanlar arasında yalan ən çirkin sifətlərdən hesab olunur. Qurani-kərimdə bu barədə buyurulur: «Yalanı, ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsil yalançıdırlar» .
İmam Sadiq (ə) buyurur: «İnsanların rüku və səcdələrinin uzunluğuna baxmayın. Bu adət üzündən də ola bilər. Amma onların düzlüyü və etibarına diqqət edin» .
İmam Baqir (ə) buyurur: «Allah bütün pislikləri qıfıllayıb və şərab qıfılların açarıdır. Yalan isə, şərabdan da pisdir» .
Yalanla günah arasında əsaslı rabitə vardır. Günahkar insan doğru danışarsa, rüsvay olar. O öz günahını örtmək üçün yalana əl atmağa məcburdur.
Bir şəxs həzrət Peyğəmbərin (s) hüzuruna gəlib, ərz etdi: «Ya Rəsullullah! Həm namaz qılmıram, həm günaha yol verirəm, həm də yalan danışıram. Bunlardan hansını birinci tərk edim?». Həzrət Peyğəmbər (s) ona məsləhət gördü ki, əvvəlcə yalanı atsın. Peyğəmbərin (s) yanından çıxan həmin şəxs, bir az sonra günah etmək istədikdə yadına düşdü ki, Həzrətə doğru cavab verməlidir və doğru cavab verməsə, cəzalanacaq. Ona görə də bütün günahlarına tövbə etdi.
Başqa bir vaxt isə həzrət Peyğəmbərdən (s) soruşdular:
- Müsəlman qorxaq ola bilərmi?
Həzrət (s) buyurdu
- Mümkündür.
- Müsəlman paxıl ola bilərmi?
O həzrət mümkün olduğunu bildirdi.
- Müsəlman yalan danışa bilərmi?
Həzrət (s) «müsəlman yalan danışa bilməz»- deyə buyurdu.
İmam Səccad (ə) buyurur: “İstər kiçik olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat üzü ilə − yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik yalan danışan kəs böyük yalana da cəsarətlənər.”
[cavab]
yagmur_damlasi
3 Dek 2013 / 23:17
aze,Salam..coxxx gozel meslehetlerdi.twkk
[cavab]
Said
3 Dek 2013 / 23:17
Superdi. Cox gozel bir aciliş...
[cavab]
aze
4 Dek 2013 / 00:02
yagmur_damlasi, Aleykum,Allah razı olsun
[cavab]
aze
4 Dek 2013 / 00:03
Said, Allah razı olsun
[cavab]
tutu
4 Dek 2013 / 00:18
aze, Allah razi olsun
[cavab]
aze
4 Dek 2013 / 00:55
tutu, Allah sene yar olsun
[cavab]
Bölmeye qayıt