..::Keçmişini unutma::..
aze
3 Dek 2013 / 18:59
Ayaz adlı bir kölə var idi. Bir gün
bu kölə Sultan Mahmudun köləsi
olur.
Sultan, köləni gözəl xarakterinə
görə çox sevir.
Bu kölə Sultanın elə etibarını
qazanır ki, bütün sultanlığın
xəzinəsi ona etibar edilir.
Bu vəziyyəti görən saray sakinləri
isə çox narahat olurlar.
Qarınlarındakı qurdlar onlara gecə
rahat yatmağa imkan vermir. Bir
kölənin saray xəzinədarı olmasını
həzm edə bilmirlər.
Bu düşüncələr icində saray
adamları Sultanın gəzdiyi, keçdiyi
hər yerdə kölənin əleyhinə
danışmağa başlayır ve bununla
Sultanın gözündən salmağa
çalışırlar.
Bir gün Sultanın hüzurunda bir
saray sakini digərinə deyir:
"Kölə Ayazın tez-tez xezinəyə
getdiyini bilirsən? Onun qızılları
oğurladığına adım kimi əminəm."
Sultan qulaqlarına inanmır, bunu
öz gözləri ilə görmək istəyir.
Divara kiçik deşik açdırır və baş
verənləri seyr etməyə başlayır.
Görür ki, kölə səssizcə xəzinəyə
gəlir, qapını arxadan bağlayır və
sandıqlara doğru gedir.
Sandıqların birini açıb içindən
boxça cıxarır. Boxçanı açır və
içindən kölə olarkən geydiyi cırıq-
cındır paltarı çıxararaq aynanın
qarşısına keçir.
Öz-özünə "əvvəllər bu paltarı
geyindiyin günləri xatırlayırsan?
Bir HEÇ idin sən!..." - deyir.
Olsa-olsa bir satışa çıxarılan kölə
idin. Allah sənə Sultanın əli ilə bəlkə
də heç layiq olmadığın nemətləri
verdi. Heç zaman haradan gəldiyini
unutma! Çünki, mal-mülk insanın
hafizəsini zəiflədir, unutqanlığa
səbəb olur.
"Indi sən də, imkanca səndən aşağı
olanlara yuxarıdan aşağı baxma.
Daima xatırla Ayaz, daima!"-deyib,
sandığı bağlayir ve səssizcə
qapıya yaxınlaşır.
Xəzinədən cıxarken birdən Sultanla
üz-uzə gəlir. Sultan gözlərini Ayaza
zilləyib dayanır, gözlərindən yaşlar
axir, danışmaqda cətinlik cəkir.
Sultan Mahmud: "Bu günə qədər
qızıllarımın xəzinədarı idin, amma
indi...qelbimin xəzinədarısan.
Mənə mənim də qarşısında bir heç
olduğum Sultanımın hüzurunda
nece davranmalı olduğumu
öyrətdin." - deyir.
[cavab]
A_ceyhun
3 Dek 2013 / 19:08
twk maraglidi ve ibretamizdi
[cavab]
aze
3 Dek 2013 / 19:16
A_ceyhun, Allah razı olsun
[cavab]
Bölmeye qayıt
0.1321 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az