..::Namazı batil edən şeylər::..
aze
3 Dek 2013 / 03:15
Namazı batil edən şeylər:
Namaz qılan şəxsə təkbirətul-
ehramı deyərəkən, əvvəldən
sonadək bəzi işlər haram olur.
Әgər namaz halında onların birini
əncam versə namazı batildir. O
cümlədən:
1. Qəsdən danışmaq: (mənalı
və ya mənasız bir hərfdə olmuş
olsa);
2. Qəsdən uca səslə gülmək:
(amma əgər qəsdən səssiz olaraq
gülsə və ya səhvən səslə gülsə,
eybi yoxdur);
3. Uca səslə dünya işləri üçün
ağlamaq. Ehtiyac vacibə görə
namaz qılan şəxs gərək dünya
malına xatir səsiz də ağlamasın.
Әksinə əgər axirət işi üçün istər
səssiz, istərsə də səsli ağalasa eybi
yoxdur və bu iş ən gözəl
əməllərdən sayılır.
4. Üzü qiblədən başqa tərəfə
döndərmək:
5. Yemək və içmək: (qəsdən
və ya səhvən olsa belə fərqi
yoxdur);
6. Namazın surətini
(formasını) pozmaq. Qəsdən və ya
səhvən olmasının fərqi yoxdur.
(məslən: əl çalmaq və sair). Lakin
namazın surətini pozmayan
(məsələn: əl ilə işarə etmək və
sair) kimi işlərin eybi yoxdur.
7. Namazın rüknlərini
azaltmaq və ya çoxaltmaq:
8. İki və üç rəkətli namazların
rəkətlərində və yaxud dörd
rəkətli namazların birinci və ikinci
rəkətlərində şəkk etmək. Bu
şərtlə ki, namaz qılan öz şəkkində
baqi qala və ya namazın bir
maqdarını şəkk ilə qılmış ola.
9. Namazın şərtlərini aradan
aparan şeylər: (məsələn: namaz
əsnasında başa düşə ki, geydiyi
libas qəsbidir);
10. Dəstəmazın aradan
getməsi:
[cavab]
Bölmeye qayıt