..::«Allahın günləri» hansı günlərdir?::..

pol aze 3 Dek 2013 / 03:11
«Allahın günləri» hansı günlərdir?
Cavab: Qurani-kərimi nəzərdən
keçirərkən, belə bir ayə ilə
rastlaşırıq: «Biz Musaya «tayfanı
zülmətdən nura çıxar və Allahın
günlərini xatırlad, bunda səbir və
şükr edənlər üçün ibrətlər var»
deyib, onu möcüzələrimizlə
göndərdik» . İbrahim surəsi, ayə 5.
«Əyyamullah» kəlməsindən
tərcümə olunmuş «Allahın günləri»
hansı günlərdir?
İmam Baqir (ə) buyurur: «Allahın
günləri imam Mehdinin (ə) qiyam
günü, rəcət günü və qiyamət
günüdür» . Bəzi hədislərdə rəcət
günü əvəzinə, ölüm günü
göstərilmişdir.
Böyük günlərin xatırlanması,
millətlərin əhval-ruhiyyəsi ndə
dərin iz salır. Dünyadakı əksər
millətlər diktator rejimindən
qurtulub, hürriyyət qazandıqları
günü əzəmətlə qeyd edirlər.
Allah günləri xatırlanması isə,
insanı rəzil hisslərdən uzaqlaşdırır,
onu Allah, vətən və xalq qarşısında
öz vəzifələrini yerinə yetirməyə
vadar edir. Ölümü, qiyamət
sorğusunu yaddan çıxarmayan
insanın, şeytanın təhriki ilə
günaha batması qeyri-
mümkündür .

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1937 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az