..::Cinlər nə üçün gözə görünmür?::..

pol aze 3 Dek 2013 / 02:52
Cinlər nə üçün gözə görünmür?
Cavab: «Cin», insanın hiss
üzvlərinin duymadığı varlıq
mənasını verir. «Məcnun» da «cin»
kəlməsindəndir və «ağıl qüvvəsi
fəaliyyətsiz olan insan»a deyilir.
Ana bətnindən bürünmüş uşaq
«cənin», torpağı ağaclarla
örtülmüş bağ «cənnət» adlanır.
Qurani-kərimin buyuruğuna
əsasən insan torpaqdan, cin isə
odun şəffaf şöləsindən yarandığı
üçün insan cini görə bilmir. Quran
ayələrinə əsasən də, cin insan kimi
mömin və ya kafir ola bilər. «Biz
cin və insanı yalnız ibadətdən ötrü
yaratdıq» Zariyyat surəsi, ayə 56.
Allah-təalaya səcdə əmrindən
boyun qaçıran İblis, əslində cin
tayfasındandır. O, yalnız ibadətcil
olduğundan, mələklərlə bir cərgədə
dayanmışdı.
Qurani-kərimin 114 surəsindən
biri «Cinn» surəsidir. Bu surədə
onların dilindən buyurulur:
«Şübhəsiz ki, aramızda
əməlisalehlər də vardır, əməlisaleh
olmayanlar da. Biz müxtəlif
firqələrə ayırılmışıq» .
«Doğrusu, biz haqq yolu göstərən
Quranı dinlədiyimiz zaman, ona
iman gətirdik» .
«Şübhəsiz ki, aramızda
müsəlmanlar da var, yoldan
çıxanlar da» .
Son nəticə olaraq bunu deyə
bilərik ki, İblis cin tayfasından
olduğundan, onun davamçısı
şeytanlar da bu tayfanın iman
gətirməmiş üzvlərindəndir.

[cavab]

pol Mr_PsiXxX 3 Dek 2013 / 03:15
ALLAH RAZI OLSUN

[cavab]

pol aze 3 Dek 2013 / 03:36
Mr_PsiXxX, Allah sene yar olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2057 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az