..::Birisi namaz qılır::..

pol aze 2 Dek 2013 / 21:01
Birisi namaz qılır, özü də sanki
tələsir, sanki namazı tez
qurtarmağa çalışır. Bu zaman onun
namaz qıldığı yerə nüfuzlu,
səlahiyyətli bir adam gəlir. Bunun
gəlişi ilə namazın ahəngi dəyişir.
Bayaqdan tələm-tələsik qılınan
namazın şəkli dəyişir, indi süslü
hala gətirilir, bütün bəzəyi,
aksesuarı ilə birlikdə qılınmağa
başlayır. Gələn adam bir şey
anlamır, amma aradan bir qədər
keçəndən sonra həmin namaz
qılan adam oturub öz davranışını
düşündü və çox utandı:
Demək mən o qədər cahiləm ki, üz
tutub səcdə etdiyimi deyil,
yanımdakı insanı görürəm. Mən bu
namazı kimin rizasını, rəğbətini
qazanmaq üçün qılıram?- Əlbəttə
Allah-Təalanın. Elə isə niyə qibləyə
yönəlib namaza başlayanda Allah-
Təalanın məni gördüyünü
düşünmürəm, amma birisi içəri
girəndə özümü yığışdırıb namazı
səliqə ilə, ədəbinə uyğun şəkildə
qılıram?
Mən bu insanın rəğbətini
istəyirəm, yoxsa Allahın? Bəs
namazın əvvəlində əllərini
qulağının dibinə qoyub “Allahu
Əkbər” deyirsən haa, o nə
deməkdir- Əllərini qulaqlarının
dibinə qaldıranda Allahla aramda
olan hər şeyi arxama atdım, bu
aradan dünyanı çıxardım, demək
deyildimi? Bəs niyə belə oldu?-
Demək atmamışam, Allahla
aramdan dünyanı çıxarmamışam.
Bu şirkdirmi?- bəli, amma cahilliyin,
anlamazlığın doğurduğu şirk.
Tövbə elə, bir də təkrarlama. Mən
münafiqəmmi görəsən, yəni
riyakarammı?- Üzdə bir cür
görünüb, gerçəkdə başqa cür
birisiyəmmi?- Bilmirəm. Amma hər
halda “Allah-Təala hər an məni
görür” düşüncəsindən məhrum
olmaq böyük itkidir, ağır
məhrumiyyətdir, ələlxüsus da
namaz üstündə belə mən bu cür
cahilliyə davam edirəmsə, halım nə
olacaq görəsən?

[cavab]

pol eRror_SumqayiT_ 2 Dek 2013 / 21:13
super , halaldi

[cavab]

pol -[FERMER]- 2 Dek 2013 / 21:35
Super

[cavab]

pol ismet 2 Dek 2013 / 21:53
Mence heckimin haqqi yoxdur onu gunahlandirmaga her kes öz elediyinin hesabını verecey ona göre

[cavab]

pol aze 2 Dek 2013 / 21:58
ismet, ama onun bu hereketinin günah oldugunu başa salmaqa haqqımız var,çünki sen artiq onun ne etdiyini görmüsen,bu senin boynunda bir haqqdır

[cavab]

pol aze 2 Dek 2013 / 21:59
eRror_SumqayiT_, Allah razı olsun

[cavab]

pol aze 2 Dek 2013 / 22:00
-[FERMER]-, Allah razı olsun

[cavab]

pol GARDINER 3 Dek 2013 / 01:05
ellerine sagliq allah razi olsun..hardan oxmusan?

[cavab]

pol aze 3 Dek 2013 / 01:14
GARDINER, Allah size yar olsun,internetden

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1977 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az