..::Söyüş söyənə cənnət haramdır::..
aze
2 Dek 2013 / 06:46
Söyüş söyənə behişt haramdır
Pis söz danışmaq və söyüş
söymək dilin bəlalarından sayılır.
Bu rəftar nəticəsində insan dünya
və axirətdə heysiyyətini əldən
verir. Pis söz danışmaq din
qardaşlığına ləkə vurur və
müsəlmanlar arasında nifaq salır.
Söyüş söymək öz-özlüyündə çox
çirkin bir əməldir. İnsan həyatını
qaraldan əməllərdəndir. Əgər insan
bu rəftarına diqqət edərsə, dünya
həqiqətlərini görən gözü düz yolu
seçə biləcəkdir.
Hətta Qurani Kərim düşmənlərə
belə pis söz deməyi bəyənmir.
"Kafirlərin Allahın əvəzinə
çağırdıqlarını (bütlər və cinləri)
söyməyin ki, onlar da ədavət və
nadanlıq üzündən Allahı söyərlər”.
("Ənam” 108).
Quran biz müsəlmanlara öyrədir ki,
hər kəsə ehtiram etməyi bacaraq.
Hətta bütpərəsətlərə belə. Hər bir
kəsin hörmət etdiyi bir şeyə söyüş
söyməyi kəskin şəkildə qadağan
edir. Ancaq bu, o mənanı vermir ki,
əgər bir insan bütpərəstirsə, bir
bütə ehtiram edirsə, biz də ona
ehtiram bəsləməliyik. Xeyr. Sadəcə
olaraq onun hörmət etdiyi bu
bütə, ona görə söyüş
söyməməliyik. Çünki Quran
ayələrindən belə bir nəticə çıxır ki,
əgər siz onların məbuduna söyüş
söysəniz, onlar da sizin
məbudunuza söyüş söyəcəklər.
Yəni, Allah bizə bəyan edir ki,
söyüşü kənara qoyun.
İmam Əli (ə) Siffeyndə olan zaman
görür ki, səhabələri şamlılara
söyüş söyür və o Həzrət (ə) bu
işdən çox narahat olur. Öz
səhabələrinə buyurur: "Mənim
xoşum gəlmir ki, siz söyüş
söyəsiniz. Ancaq əgər rəftarlarını
yadlarına salsaydınız, onların
nalayiq əməllərini xatırlatsaydını
z, həqiqətə daha yaxın olardı. (Siz
gərək söyüşün yerinə) onlara
deyəydiniz ki: Allahım! Bizim və
onların qanını hifz et! Bizimlə
onların arasını islah et! Onları
yanlış yoldan düz yola hidayət et!
Onlar ki, cahildirlər, haqqı
tanısınlar. Onlar ki, Haqla
düşmənçilik edirlər, onları geri
qaytar”.
Bir gün xəvariclərdən biri İmama
(ə) işarə edib, deyir: "Allah bu
kafiri öldürsün, nə qədər bilikli və
fəqihdir?”. Səhabələri yerindən
qalxdılar ki, onu öldürsünlər, İmam
(ə) buyurdu: Aram və sakit olun!
Söyüşün cavabı söyüşdür, yoxsa
günahına görə güzəşt etməkdir?”.
Hədislərdə oxuyuruq: "Allah
behişti hər söyüş söyənə və
həyasıza haram etmişdir”.
Həzrət Peyğəmbər (s) buyurur: "Ən
pis insanlar o kəslərdir ki, söyüş
söydüklərinə görə Allah onlarla
oturub-durmağı məkruh hesab
etmişdir”.
Söyüşün ziyanları
Söyüş söyməyin bir çox ziyanları
vardır ki, o cümlədən ibarətdir:
Allahın narazı olması, İlahi əzaba
düçar olmaq, nifaqa səbəb olar,
ailədə və cəmiyyətdə çaxnaşma
salar, özünü başqası tərəfindən
söyülməyə məruz edir. Bir insan
başqasına söyərsə, həmin insan da
onun bütün müqəddəs saydığı
kəslərə söyər və abrını aparar.
Söyüş əhli həmişə cahil insanlarla
oturub-durarlar . Çünki saleh
insanlar onlarla oturub-durmaq
istəməzlər. Söyüş söyən insanın
həmişə cəmiyyətdə abrı gedər və
ona heç kəs hörmət qoymaz. Ona
görə də bu əxlaqi rəzil sifətdən
uzaq olaq və dilimizə nəzarət
etməyi bacaraq.
[cavab]
Djaka_Vashaq
2 Dek 2013 / 10:57
aze, oNUNCUN HECVAXT kiminse ailesne söymeDimki aileme söyuw gelmdsin.ama bezen ele adamlar cixr bu tarlada adamin qarwsna mecBUR ELyrki soy meni özmu cox tUtSAMda burda 2neFerin özne söymuwem.ama heyatmda hecvaxt hecvaxt söymemwem heckmdE AGZMDAN EWITMYB.ama bezen soyuw soymuyene zeyf bAXLAR AMA DUWUMULerki kiminse anasin bAcisn soyendE OZ ANAsi bAcisi geDR.BUNUNCUNDA kiminsd ananisn bAcinsn hecvaxt soymeDM.AMA tesuf bu tarla mene 2ADAMI söydurdu.(özun söymuwdum).
[cavab]
aze
2 Dek 2013 / 15:00
Djaka_Vashaq, bezileri varki özlerin ele aparirki ele bil bunlar tay kimdiler....Allah razı olsun ...çalışaq söyüş söymeyek
[cavab]
*_FaLCoN_*
2 Dek 2013 / 15:50
twk, .
[cavab]
aze
2 Dek 2013 / 18:15
*_FaLCoN_*, Allah razı olsun
[cavab]
Bölmeye qayıt