..::Aqibətin xeyirli olması::..
aze
2 Dek 2013 / 03:55
Aqibətin xeyirli olmasına təsir
edən amillər
İmam Həsən Əsgəri (ə) İmam
Sadiqdən(ə) nəql edir ki, Həzrət (ə)
bir nəfərə belə yazır: “Əgər
işlərinin yaxşı olmasını, həyatının
sonunun xeyirli olmasını
istəyirsənsə, ölənə qədər Allahın
haqqına riayət et. Allahın
nemətlərini günah yolunda
xərcləmə. Allahın mülayimliyinə
məğrur olma, bizim dostlarımıza
və tərəfdarlarımız a yaxşılıq et,
lazım deyildir ki, onun düz və ya
yalan dediyini biləsən. Niyyətinə
uyğun əməl et və onu yalanı ilə
boş burax”. (Tebyan)
İmam Baqir (ə) buyurur:
“Peyğəmbərin (s) yanına bir neçə
əsir gətirirlər və Həzrət (s) əmr
edir ki, onları öldürsünlər. Ancaq
bir nəfəri azad edir və həmin kişi
Həzrətə (s) deyir: “Ey, Allahın
Peyğəmbəri! Nəyə görə məni
bunların arasından azad etdin?”.
Həzrət (s) buyurdu: “Cəbrayil (ə)
mənə Allah tərəfindən xəbərdar
etdi ki, səndə beş sifət vardır ki,
Allah və Rəsulu onu sevir.
1. Ailənə qarşı qeyrətlisən.
2. Səxavətlisən.
3. Xoş xasiyyətsən.
4. Düz danışansan.
5. Şücaətlisən.
Kişi bu sözləri eşidib İslam dinini
qəbul etdi və Peyğəmbərin (s)
qılıncı altında döyüşüb şəhid
oldu”.
İmam Əli (ə) cümə xütbələrinin
birində buyurmuşdu: “Ey, Allahın
bəndələri! Sizi İlahi təqvaya dəvət
edirəm. Çünki bu Allah
bəndələrinin bir-birinə etdiyi ən
yaxşı tövsiyədir. İnsanlar üçün
Allah yanında ən yaxşı aqibəti
gətirər”. (“Yəni, aqibətləri xeyirli
olar).
Bəli, əgər insan təqvalı olarsa,
çalışar ki, həmişə günahdan uzaq
olsun, kamala çatsın. Əks halda
giriftar olar və günah onu həm bu
dünyada və həm də axirətdə
ziyana salar. Ancaq təqvalı olarsa,
günahdan uzaq olduğu üçün gecə
ibadəti əhlindən olar, qiyam
əhlindən olar, səcdə əhlindən olar.
Etdiklərini dərk edər və anlayar.
Şübhəsiz ki, bu insanın aqibəti
xeyirli olar.
[cavab]
Bölmeye qayıt