..::Şimşəyin faydası varmı?::..

pol aze 2 Dek 2013 / 03:36
Cavab: Bildiyimiz kimi, şimşək
mənfi və müsbət yüklü iki
buludun bir-birinə
yaxınlaşmasında n yaranır. Bu
hadisə, mənfi və müsbət yüklü iki
naqil bir-birinə toxunduqda
qığılcım yaranmasının oxşarıdır.
Bütün təbiət hadisələrində istər
cəmiyyət, istərsə də təbiət üçün
faydalar olduğunu bilirik. Bəs
şimşəyin faydası nədir? Qurani-
kərimdə buyurulur: «Sizə qorxu və
ümid məqsədi ilə şimşək göstərən,
ağır buludları yaradan da Odur» .
«Rəd» surəsi, ayə 12
Ayədən göründüyü kimi, şimşəyin
ilkin faydası, insanları Allah-
təalanın əzəmətindən xəbərdar
etməkdir. Buludla yer arasında
yaranan belə şimşəkləri «saiqə»
adlandırmışlar. Müsbət yüklü
bulud həmişə mənfi yüklü yerə
yaxınlaşdıqda, saiqə yaranır.
«Allah onların vasitəsi ilə istədiyini
vurar» ayəsində saiqə nəzərdə
tutulur.
«Təbiətin zarafatı» adlandırılan
şimşəyin, bir sıra təbii faydaları da
vardır. On beş min dərəcə
santiqrad istilik yaradan şimşəklər,
havanı yandırır və bunun ardınca
havanın təzyiqinin dərhal enməsi
nəticəsində buludlardan yağış
yağır. Həmin yüksək temperaturda
yağış damlaları artıq oksigendən
yaranır və belə su, «ağır su»
adlanır. Bu suyun formulu N₂O₂ -
dir. Ağır su isə, güclü
mikroböldürücü xüsusiyyətə
malikdir.
Yüksək temperaturda yaranmış
yağış damlalarının tərkibində
karbon turşusu olduğundan, bu
yağış həm də torpaq üçün gübrə
funksiyasını daşıyır.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2496 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az