..::Allahın adları və mənaları::..
aze
1 Dek 2013 / 02:46
ALLAHIN ADLARI VE MENALARI
1. Allah - Cənabı haqqın özəl adıdır.
2. Rəhman - Dünyada hamiya
rəhmət edən, acıyan
3. Rəhim - Axirətdə mömünlərə
rəhmət edən.
4. Məlik - mülkü davamlı olan.
5. Quddus - Hər eyb və
qüsurlardan uzaq.
6.Səlam - Səlamətlik verən.
7. Mumin - əmin-amanlıq verən.
8. Muheymin - Həmişəlik hamıya
himayəlik edən.
9. Əziz - məğlubiyyət bilməyən
güclü və tək qalib.
10. Cəbbar - hər yerə hökm edən.
11. Mutəkəbbir - yaratdıqlarının
ən gözəl vəsflərindən uca.
12. Xalik - yoxdan var edən.
13. Bari - icad edən, var edən.
14. Musavvir - bütün varlıqlara
surət verən.
15. Qaffar - günahları bağışlayan
16. Qahhar - Ən güclü, qalib və
hakimdir.
17. Vəhhab - Əvəzsiz bağışlayan.
18. Rəzzaq - Ruzi verən.
19. Fəttah - rəhmət və ruzi
qapılarını acan.
20. Alim - Hər şeyi yaxşı bilən.
21. Qabid - canları alan, sıxan,
daraldan.
22. Basit - həyat verən, ruzi
yağdıran, acan, genişləndirən.
23. Hafid - alcaldan, yuxarıdan
aşağı endirən.
24. Rafi - yüksəldən, yuxarıya
qaldıran.
25. Muizz - güclü, qalib,
şərəfləndirən.
26. Muzill - zəlil edən, alcaldan.
27. Səmi - hər şeyi yaxşı eşidən.
28. Basir - hər şeyi cox yaxşı
görən.
29. Hakəm - hökmü rəd edilməyən,
haqqı yerinə gətirən.
30. Ədl - ədalətsizliyə yol
verməyən, adil.
31. Lətif - işlərin incəliklərini bilən.
32. Xabir - hər şeydən xəbərdar.
33. Halim - helm sahibi,
günahkarları cəzalandırmağa səbr
edən.
34. Azim - ağlı yüksək dərəcədə
olan.
35. Qafur - cox bağışlayan.
36. Şəkur - yaxşı mükafatlandıran
.
37. Əliyy - cox uca, lap yüksək.
38. Kəbir - cox ulu, böyük.
39. Hafiz - qoruyan, mühafizə
edən.
40. Mukit - geyindirən, bar və ruzi
verən.
41. Hasib - hamının ehtiyacının
qədərini bilən.
42. Cəlil - yüksək, böyük, ulu.
43. Kərim - çox comərd, kəraməti
bol olan.
44. Raqib - bütün varlıqlara göz
qoyan.
45. Mücib - duaları qəbul edən.
46. Vəsi - neməti bol olan.
47. Hakim - hikmət sahibi, hər işin
öz yerini bilən.
48. Vədud - sevən və ən sevimliyə
layiq olan.
49. Məcid - yüksək şan-şöhrət
sahibi.
50. Bais - peyğəmbərlər göndərən,
ölümdən sonra dirildən.
51. Şahid - gözündən hec bir şey
qacmayan, hər yerdə hazır və
nazir olan .
52. Haqq - var olan, varlığı
dəyişməyən.
53. Vəkil - hamının işlərini görən,
mənfəətli edən.
54. Qaviyy - cox güclü, zəifliyə
uğramayan.
55. Mətin - cox sağlam, zəifliy ə
uğramayan.
56. Vəliyy - yaxşı dostlarına
yardımcı.
57. Hamid - hər yerdə bəyənilən.
58. Muhsi - hər şeyi qavrayan,
yaratdığı hər şeyin sayın bilən .
59. Mubdi - hər şeyi hec bir
maddəsiz yaradan.
60. Muid - öldürən və ölümdən
sonra təkrar həyata qaytaran.
[cavab]
aze
1 Dek 2013 / 02:47
61. Muhyi - həyat verən, can
bağışlayan.
62. Mumit - öldürən, can alan.
63. Hayy - daima diri olan.
64. Qayyum - hər şeyi, yeri-göyü
yaradan.
65. Vacid - həmişə zəngin,
niyyətinə catan.
66. Macid - şan-şərəf sahibi.
67. Vahid - zatında, sifətində,
işlərində tək olan.
68. Saməd - ehtiyacsız.
69. Qadir - qüdrətli, istədiyinə
gücü çatan.
70. Muktədir - iqtidarlı, hər şeyə
qüdrəti çatan.
71. Mukaddim - qabaqcıl, istədiyini
yeridən.
72. Muahhir - istədiyini geri alan.
73. Əvvəl - başlanğıcı olmayan.
74. Axir - nəhayəti olmayan son.
75. Zahir - varlığı günəş kimi açıq.
76. Batin - gizli olan: insanlar onu
tam biulməməlidir.
77. Vali - təkbaşına idarə edən.
78. Mütəali - uca, yüksək.
79. Bərr - yaxşılıq və xeyir verən.
80. Təvvab - tövbələri qəbul edən,
bağışlayan.
81. Müntəqim - günahlıları ədalətlə
cəzalandıran.
82. Əfuvv - əfvi, bağışlanması bol
olan.
83. Rauf - mərhəməti, şəfqət i bol
olan.
84. Malikül-mülk - mülkün yüganə
və davamlı sahibi.
85. Zül-Cəlali vəl İkram - ululuq və
kərəm sahibi.
86. Muksit - ədalətli, işlərində
çaşmayan.
87. Cəmi - toplayan, birləşdirən.
88. Qaniyy - zəngin.
89. Muqni - zənginlik verən.
90. Mani - bir şeyin olmasını
istəməyəndə mane olan.
91. Barr - zərər de faydada senin
izninle olur
92. Nafi - mənfəət verən, yararlı
şeylər yaradan.
93. Nur - işıq verən, nur yağdıran.
94. Hadi - yol göstərən, yol açan.
95. Bədi - nümunəsi olmayan,
heyrətverici şeylər yaradan.
96. Baqi - davamlı olan, fani
olmayan, sonsuz.
97. Varis - davam edən, sərvətlərin
sahibi.
98. Rəşid - mənfəət yollarını
göstərən, doğru yolda olan.
99. Səbur - çox səbirli olan.
[cavab]
TENHA_MEZAR
1 Dek 2013 / 03:12
twk ALLAH razi olsun
[cavab]
aze
1 Dek 2013 / 03:56
TENHA_MEZAR, Allah sene yar olsun
[cavab]
ilkin_555
1 Dek 2013 / 04:40
Twk Allah razi olsun.
[cavab]
aze
1 Dek 2013 / 05:52
ilkin_555, Allah sene yar olsun
[cavab]
*BUTTERFLY*
1 Dek 2013 / 17:26
Allah razi olsun.
[cavab]
Roses
1 Dek 2013 / 17:49
Allah razi olsun+++
[cavab]
aze
1 Dek 2013 / 17:52
Roses, Allah size yar olsun
[cavab]
aze
1 Dek 2013 / 17:53
*BUTTERFLY*, Allah size yar olsun
[cavab]
Bölmeye qayıt