#Menim Gundeliyimden#

pol BerryBlack 1 Dek 2013 / 01:55
Yeni bir başlanğıc üçün heç vaxt gec deyil!

Bu gün özümə baxdım, Allahım,mən nə edirəm deyə düşündüm. İçimdən ağlayırdım amma gözlərimdə yaş yox idi... Səssizcə otağıma getdim, həzin, sakit, bir mahnı axtarırdım komputerdən. Birdən qarşıma Sezen Aksu-nun "Dua” mahnısı çıxdı. Mahnını başladandan sonra nə edəcəyimi fikirləşdim. Bir-bir papkalara baxırdım komputerdən növbəti papkanı açanda Azəricə tərcümə "Quran”- çıxdı... Açdım... Bayaqdan sadəcə içimdə axan göz yaşları indi həqiqətən gözlərimdən axırdı... Neçə vaxtdır Quranımı oxumurdum... Yenə fikirləşdim, Allahım mən nə edəcəm, həqiqətən məni əfv edəcəksənmi? Və bayaqdan gözlərimdən axan yaş indi acılı göz yaşlarına çevrilmişdi. Hönkürtü ilə ağlayırdım... Allahım məni bağışla deyə... Bəlkə də heç o qədər mənfi hərəkət etməmişdim, sadəcə neçə vaxtdır Quranı oxumamağım mənə çox pis təsir edirdi... Məgər heç 5 dəqiqə vaxtın olmadı ki, Quranı oxumağın üçün...? Bədii əsərlərə, internetə sərf etdiyin vaxtdan heç mi 5 dəqiqə ayıra bilmədin...? O vaxt məni sadəcə bir şey düşündürürdü.. Hər şeyi əvvəlki vəziyyətinə qaytarmalıyam... Necə?! Xoşbəxtlikdən bu dəfə o sualı vermədim özümə elə sabahdan, hər şeyi yoluna qoymalıyam dedim. Nə qədər işin çox olsa da ondan 5-10 dəqiqə dinimə ayırmaq çətin deyil. Heç nə üçün gec deyil. Ziyanın yarısından qayıtmaq belə xeyirdir. Hər şey qaydasına salınmalıdır... Bunu təkcə mən edə bilərəm, heç kəs bunu mənim üçün etməyəcək.Sadəcə əvvəlki yoluma dönməliyəm,amma bu dəfə fərqli biri kimi,daha intizamlı,daha məsuliyyətli,daha bacarıqlı biri kimi... Allahım səndən bir şey istəyirəm məni hədəfimə çatmağım üçün və eyni zamanda həm də dinimə vaxt ayıra bilməyim üçün düzgün yol göstər, mənə bütün bu problemlərin həllini tapa bilməyim üçün güc və səbr ver... Allahım ən əsası məni bağışla... Səhv atdım atmaqdan məni uzaq et! Amin!

[cavab]

pol Orco_2_oile 1 Dek 2013 / 01:57
BerryBlack, super

[cavab]

pol BerryBlack 1 Dek 2013 / 01:59
Orco_2_oile, beyendinse xowdu

[cavab]

pol Orco_2_oile 1 Dek 2013 / 02:03
BerryBlack, beyendim )

[cavab]

pol Orco_2_oile 1 Dek 2013 / 02:05
BerryBlack, ozundan yazibsan ?

[cavab]

pol BerryBlack 1 Dek 2013 / 02:08
Orco_2_oile, yox bawqa saytdan

[cavab]

pol Orco_2_oile 1 Dek 2013 / 02:11
BerryBlack, he yaxwidi )))

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2129 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az