#Mezarinda Son Defe#

pol BerryBlack 1 Dek 2013 / 01:44
Qatil olmaq istəməmişdim. Kim qatil olmaq istərki? Kim istərki yaşadığı 2 göz evdə 2 yaşlı göz buraxsın? Kim istərdiki gəncliyini gəlib keçici olan əsəbi uğrunda məhv etsin? Məndə istəməmişdim. Həyatıma rəng qatmaq istəmişkən, qaraya boyamağı heç düşünməmişdim.
Onu öldürmək isə həyatda ən son düşünə bilməyəcəklərim arasında idi. Onu... O illər öncə bütün inamımı, bütün varlığımı öldürsə belə mən əlimə onun qanını bulamağı düşünməmişdim.
Həmişə zarafatcasına “səni öldürmək” istəyirəm deyərdim. Gülə gülə... Amma indi ağlaya-ağlaya Tanrıya məni bağışlasın deyə yalvarıram. Nə bilərdimki zarafat bir gün gərçək olacaq.
Yatarkən yazdığı son mesajları saxlamışdım, məzarının başında ruhuna göstərmək üçün. Hə indidə yatırsan, amma telefonun hanı? Niyə qalxmırsan? Yıqin çox üşüyürsən. Mənə xəyanət etdiyin o gün yadındadı? Ya da məni o yolunh ortasında tərk etdiyin gün? Xatırlıyrsan bunları? Yəqinki unutmazsan. Heç unutmada, çünki məndə unutmuyacam ən azından nəvələtimə danışılacaq bir hekeyəm olsun deyə, ara sıra xatırladıqda ağlaya bilim deyə, yazmaq istədikdə yaza bilim deyə.
Sən burda cansız yatırsan, amma mən yaşayarkən ruhumu uçurumdan aşağı atdım, Onu xilas edə bilmədim. Mən səndən öncə ölmüşdüm, ilk sən qatil olmuşdun. İndi niyə səssizsən? Yuxularımada gəlmirsən. Yox, darıxmıram. İstəmirəm. Şəkillərivədə baxmıram, heç zaman online olmayacaq profilivədə baxmıram. İndi dostlarn süni mesajlarla yad edir səni. Mən saəni daxilimdə basdırmışam, Orda soyuq olmuyacaq sənə narahat olma. Tək qalacaqsan orda, səndən başqa birini basdırmıyacam ora. Çünki gedirəm... Sənin istəıdiyin kimi mənə arzuladığın kimi. Qanlı əllərlə, qanlı ürəklə gedirəm. Xoşbəxt olmağa səndə öldürdüyüm hissləri orda yaşamağa.
Yox, ağlamayacam. Sənin qarşında olmaz. Zəif olduğumu düşünməməlisən! Çantamda səni xatırladan heçnə yoxdu. Nə fotoşəkillər, nə sənin mənə almadığın güllər. Yalnızlığımıda çantama qoyub gedirəm, sadəcə son dəfə səni ziyarət etməyə gəldim. Son dəfə qəhərdən boğulmağa, son dəfə üsyan etməyə. Xoş günlərin xətrinə, bu qədər qəddar deyiləm, ən azından məni xoşbəxt etməyi bacarmışdın, amma sonu torpaqda bitirdin. Artıq nəyinki eyni şəhərdə nəfəs almaq, heç eyni şəhərin belə torpağında olmuyacağıq.
Səni Bakıya miras qoyub gedirəm. Günahların içində boğul deyə. Məni bağışla, səni burdan xilas edə bilmədiyim üçün, amma sən həmişə getməyi seçmişdin...

[cavab]

pol *_FaLCoN_* 1 Dek 2013 / 11:38
yaxsidi

[cavab]

pol Mr_PsiXxX 1 Dek 2013 / 16:16
maraqlidi cox twk

[cavab]

pol Boxing 1 Dek 2013 / 17:47
superdi.

[cavab]

pol Roses 1 Dek 2013 / 17:51
maraqlidi+++

[cavab]

pol A_ceyhun 1 Dek 2013 / 17:52
maraglidi twk

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1487 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az