..::ən gözəl səbr hansıdır?::..
aze
30 Noy 2013 / 05:35
Cavab: Ayə və hədislərdə
möminlər üçün zəruri hesab edilən
sifətlərdən biri də, səbirdir. Üzücü
hadisələr qarşısında dözüm
göstərib, bədbinliyə qapılmamaq,
insan şəxsiyyətinin ucalığına bir
dəlildir. Oğlu Yusifin qanlı
köynəyini görən Yəqub, «Mənə,
yalnız tükənməz, dözümlü səbir
gərəkdir» deyir. (Yusif» surəsi, ayə
18)
Kiçik gölməçənin suyunu zəif bir
külək dalğalandırdığı bir halda,
əzəmətli Sakit okean tufanlar
qarşısında öz müvazinətini itirmir.
Bəzən insan zahirən dözümlülük
göstərsə də, danışdığı sözlərdən
naşükrlük və səbirsizlik duyulur.
Lakin həqiqi imana malik insanlar,
heç zaman sarsılıb, bədbin sözlər
danışmırlar. Ən gözəl səbir də elə
budur.
Bəs nə üçün Yəqub peyğəmbər
oğlu Yusifə görə gözləri kor
olanadək ağladı? Nə üçün
başqalarına ağlamamağı tövsiyə
edən İslam Peyğəmbəri (s), oğlu
İbrahimi itirdiyi zaman göz yaşları
axıtdı? Həzrət Peyğəmbər (s) bu
sualın cavabında buyurur: «Göz
ağlayır, qəlb pərişan olur, amma
dilimə Allahı qəzəbləndirəcək bir
söz gəlmir» . (Biharul-ənvar, 22-ci
cild, səh.157)
İnsanın sinəsindəki daş yox,
qəlbdir. Ağlamaq təbiidir. Gözdən
yaş gəlməsi yox, Allahı
qəzəbləndirəcək söz deyilməsi
eyibdir.
[cavab]
Emo_girl
30 Noy 2013 / 14:33
[cavab]
aze
30 Noy 2013 / 14:57
Emo_girl, Allah razı olsun
[cavab]
tutu
30 Noy 2013 / 15:55
Allah razi olsun
[cavab]
aze
30 Noy 2013 / 20:03
tutu, Allah sene yar olsun
[cavab]
Melis
30 Noy 2013 / 20:52
deyerli sozlerdi
[cavab]
aze
30 Noy 2013 / 20:53
Melis, Allah razı olsun
[cavab]
Bölmeye qayıt