..::Həqiqi mömin əyləncəyə vaxt sərf edə bilərmi?::..

pol aze 30 Noy 2013 / 05:32
Cavab: İnsan dəmir maşın deyildir
ki, durmadan işləsin. Əslində,
maşının da hissələri işlədikcə qızır,
soyuması və yağlanması lazım
gəlir. İnsan isə maşından fərqli
olaraq cismlə yanaşı, ruha da
malikdir. İnsanın gözü, əl-ayağı
yorulub, istirahətə ehtiyaclı
olduğu kimi, ruhu da yorulur və
dincini almaq istəyir. İnsanı
psixoloji yorğunluqdan çıxaran ən
gözəl vasitə, sağlam əyləncədir.
Təcrübədə sübut olunmuşdur ki,
ruh yorulduqca, onun işinin
keyfiyyəti aşağı enir. Qısa müddət
əyləncə ilə məşğul olduqdan sonra
ruh dirçəlir, yenidən işləməyə
həvəs yaranır.
Həzrət Əli (ə) buyurur: «İmanlı
insanın günü üç hissədən
ibarətdir. Günün bir hissəsini
mənəviyyatla məşğul olub ibadət
edən insan, günün ikinci hissəsini
maddi ehtiyaclarının təminatına
sərf etməlidir. Günün üçüncü
hissəsi halal ləzzətlərə sərf
olunmalıdır» .
Başqa bir hədisdə isə, günün
əyləncəyə sərf olunan hissəsinin
digər iki hissəyə kömək etdiyi
bildirilir.
İmam Sadiq (ə) buyurur:
«Təbukdan qayıdan peyğəmbər,
öz yaxınları arasında cıdır
müsabiqəsi keçirdi. Həzrətin
dəvəsinə minmiş Üsamə, cıdırda
qalib gəldi» .
İslamda sağlam əyləncəyə o qədər
əhəmiyyət verilmişdir ki, hətta
bəzi müsabiqələrdə şərt də
bağlamaq halaldır. Bu müsabiqələr
peyğəmbər dövründə bəzən onun
hakimliyi ilə keçirilərdi. At çapmaq,
ox atmaq uyğun halal
müsabiqələrdənd ir.
Lakin unutmaq olmaz ki, İslam dini
yalnız sağlam müsabiqəni qəbul
edir. İnsanın cisminə və ruhuna
zərərli əyləncələr cəmiyyətdə inkar
olunur. İkinci bir tərəfdən, əyləncə
insanın həyat idealına çevrilib, onu
ruzi qazanmaq və ibadətdən
saxlamamalıdır. Əgər əyləncəyə
aludə olmuş insan namazın vaxtını
ötürürsə, bu sayaq əyləncəni heç
vəchlə məqbul hesab etmək olmaz.

[cavab]

pol ErRoR_NoT_FoUnD 30 Noy 2013 / 05:42
düzgündü

[cavab]

pol aze 30 Noy 2013 / 05:52
ErRoR_NoT_FoUnD, Allah razı olsun

[cavab]

pol Alibaba*AZE 30 Noy 2013 / 07:29
aze, men beyendim.Rebbimde beyensin insallah.Mubahiseli,sie sunnu movzusunda yazmadigin muddetce qardasimsan...

[cavab]

pol aze 30 Noy 2013 / 13:36
Alibaba*AZE, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1987 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az