..::Ilk azançı::..

pol aze 30 Noy 2013 / 05:23
Mədinəyə hicrətin ilk günlərində
xalqı camaat namazından və zəruri
yığıncaqlardan xəbərdar etmək
üçün bir vasitəyə ehtiyac
yaranmışdı. Ona görə də Allah-
təala Öz peyğəmbərinə (s) azan
verilməsi göstərişini nazil etdi.
Peyğəmbər (s) Əliyə (ə) tapşırdı ki,
Bilala azan öyrətsin.[9] Beləcə Bilal
İslamda ilk azançı, müəzzin olmaq
iftixarını qazandı. Bilal qara həbəş
və azad edilmiş qul olsa da,
Peyğəmbərin (s) azançısı və Allah
dininin rəsmi sözçüsü, xəbərçisi
seçildi. Bu seçimin əsasını Bilalın
təqvası, məsuliyyətli olması və
Allahla yaxınlığı təşkil edirdi.
Həmin vaxt Bilaldan daha gözəl
səsi olanlar az deyildi. Amma Bilalın
paklığı, imanı və xalisliyi onu belə
bir məqama ucaltdı.
Bilal daim həzrət Peyğəmbərin (s)
yanında olardı. Bütün səfərlərdə,
müharibələrdə onu müşayiət edər,
namaz vaxtı azan verərdi. Bilalın
təkbir nidası ucalan kimi bütün
allahpərəstlər məscidə axışar, cəm
halda peyğəmbərə (s) iqtida
edərdilər.
Bilal namaz üçün azan verdikdən
sonra həzrət Peyğəmbərin (s)
qapısına gəlib təkrarlayardı:
“Həyyə ələs-səlat, Həyyə ələl-fəlah,
ya rəsuləllah.” Peyğəmbəri
gördükdən sonra namaz
başlayanadək iqamə deyərdi.[10]
Bilal vaxtı dəqiq
müəyyənləşdirmə yi bacaran bir
azançı idi. Peyğəmbər (s)
buyurmuşdur: “Oruclarınızı Bilalın
azanı ilə başlayıb, sona çatdırın, o,
çox dəqiqdir.”[11] Həzrət
Peyğəmbər (s) Bilala deyərdi: “Ey
Bilal, azanınla könlümüzə sevinc
bəxş et, azan de ki, namaza
duraq.”
Bilal gecə sübh azanından bir
qədər qabaq məscidə gələr,
divarın kənarında əyləşib, səmanı
seyr edərdi. O, Allahın tədbirləri
haqqında düşünər və azandan
qabaq raz-niyaz edərdi. Həzrət
Peyğəmbərin (s) Bilala azan
haqqında dedikləri onun xalisliyini,
qəlbinin imanla dolu olmasını
göstərir.
Həm ruhu kamildir, həm də nidası,
Könüllər oxşayır onun sədası.
Peyğəmbər buyurmuş: “Oxu, ey
Bilal,
Azanınla eylə qəlbləri xoşhal...”
Oxu, ey bağların aşiq bülbülü,
Gül bülbülü gözlər, bülbülsə gülü.
Səsin çıxarası huşları başdan,
Sənə əhsən deyir əhle-asiman

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1909 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az