..::Allahı nece sevək?Nə edək ki Allah bizi sevsin?::..
aze
30 Noy 2013 / 02:25
“İnsanların bəziləri Allahın yerinə
(bütlərdən, ulduzlardan və
cinlərdən) şəriklər seçərək, onları
Allahı sevməli olduqları kimi
sevərlər. Lakin iman gətirənlərin
Allaha olan məhəbbətləri (onların
öz məbudlarına olan
məhəbbətlərində n) daha çoxdur”.
(“Bəqərə” 165).
Bəli, bu ayədən də göründüyü kimi
iman əhli Allahı daha çox sevər.
Çünki onlar çox ağıllı və düşüncəli
olduqları üçün Onun pak zatını heç
bir zaman buraxmazlar. Allahın
eşqi olan yerdə başqa bir meyl və
məhəbbət onlar üçün dəyərsiz
olar. Əslində onlar Allahdan
qeyrisini məhəbbətə layiq
bilmirlər. Allahın eşq dənizinə o
qədər qərq olublar ki, Həzrət Əli (ə)
kimi deyərlər: “Tutaq ki, əzabına
səbir etdim, bəs Səndən ayrılıqla
nə edim?”. (Tebyan)
Əslində eşq, insanın kamal
növündən asılıdır. İnsan heç bir
zaman yox və məhv olmuş bir şeyi
sevməz. Əksinə, həmişə var olanın
və kamalın ardıncadır. Ona görə də
o kəsin ki, kamalı hamıdan daha
çoxdur, eşq bəsləməyə hamıdan
daha çox layiqlidir. Yuxarıdakı
ayənin də buyurduğu kimi, iman
əhlinin Allah olan sevgisi
bütpərəstlərin bütlərinə olan
sevgilərindən daha çox olar.
Əgər insan həqiqəti dərk edərsə,
xəyal qüvvəsinin ardınca gedən
insanla müqayisə edilə bilərmi?
Möminin sevgisi elmindən,
ağlından, mərifətindən
qaynaqlanır. Ancaq kafirin sevgisi
cəhalət və xürafatdan. Ona görə
də möminin sevgisi heç bir zaman
məhv olmur və davamlıdır. Ancaq
kafirin sevgisi az ömürlü və
davamsızdır.
Allah Təala Peyğəmbərinə (s) xitab
edərək buyurur: “Mənim sevgim
insanların dörd dəstəsi üçün
vacibdir:
Birinci dəstə: O kəslər ki, bir-
birlərini Mənə görə sevərlər.
İkinci dəstə: O kəslər ki, Mənim
üçün Mənim dostluq və rabitə
qurmağını bəyənmədiyim
insanlarla rabitə qurmaqdan əl
çəkərlər. Əgər havayi-nəfsləri nə
görə və Allah rizasının əksinə
olaraq aralarında rabitə yaranarsa,
Allaha olan sevgilərinə görə bu
rabitəni kəsərlər.
Üçüncü dəstə: O kəslər ki, Mənə
görə bir-biri ilə rabitə qurarlar.
(Aralarında olan keçmiş kin və
küdurəti yaddan çıxardarlar).
Dördüncü dəstə: Mənə təvəkkül
edən insanlar”.
Hər kim Allaha olan imanına görə
başqalarına sevgi bəsləyərsə,
başqa birisini təqva və
bəndəliyinə görə çox istəyərsə,
Allah dostlarının sevgisi onu Allah
yoluna tərəf çəkər. Allah
dostlarından uzaqlaşdıran hər şeyi
ondan uzaqlaşdırar.
Bu sevgi ilə yanaşı, Allahın ona
sevgisini əldə etmiş olar. Belə ki,
hər bir insan istəyər ki, o, öz
məhbubunu sevdiyi kimi,
məhbubu da onu sevsin. Ona görə
də Allah bu sevgi haqqında
Quranda buyurur: “De: «Əgər
sinələrinizdə olanı (fikir və
qəlbinizdən keçirdikləriniz i,
əqidələrinizi, hallarınızı və
adətlərinizi) gizlətsəniz, yaxud (dil
və əməllə) aşkar etsəniz, Allah onu
bilir. Həmçinin göylərdə olanı da,
yerdə olanı da bilir və Allah hər bir
şeyə qadirdir»”. (“Ali-İmran” 29).
Beləliklə deyə bilərik ki, o sevgi ki,
Allaha görə olar, insana həyatın
hər bir sahəsində ancaq fayda və
xeyir verər. Əgər insan başqalarını
Allaha xatir sevərsə və Allahın
bəyənmədiyi insanlardan Ona
xatir uzaq olarsa, həm bu dünyada
və həm də axirətdə xeyir əldə
etmiş olar. Çünki bu insan Allahı
sevdiyi kimi, Allah da onu sevər.
[cavab]
ErRoR_NoT_FoUnD
30 Noy 2013 / 03:41
Düzdü qaqaş düzdü...
[cavab]
aze
30 Noy 2013 / 03:45
ErRoR_NoT_FoUnD, Allah razı olsun
[cavab]
ErRoR_NoT_FoUnD
30 Noy 2013 / 04:36
aze, Men sadece şerh yazdım snse ometni yazmısan.Onu kpoi etmek bele bouk işdi.Allah sendende razı olsun.AMİN!!!...
[cavab]
aze
30 Noy 2013 / 04:48
ErRoR_NoT_FoUnD, Allah sene yar olsun
[cavab]
Bölmeye qayıt