..::Peyğəmbəri (s) görmək üçün oxunan surə::..

pol aze 30 Noy 2013 / 02:18
Mübarək “Həşr” surəsini oxumağın
fəzilətləri çoxdur. Düşmənlərin
qarşısında ondan bir qalxan kimi
istifadə edilməsi tövsiyə
edilmişdir. Bu surə insanın
daxilində olan zülmətləri dəf edər
və bizimlə Peyğəmbərin (s) və
bizimlə İmam Zaman ağanın (ə.f)
arasında olan maneələri aradan
qaldırar. (Tebyan)
İmam Sadiq (ə) hər axşam beş
surənin oxunmasını tövsiyə
etmişdir ki, onlardan biri də “Həşr”
surəsidir. Həzrət (ə) buyurur: “Hər
kim bu surəni hər gecə oxuyarsa,
həm Peyğəmbəri (s) görər, həm də
zamanının İmamına (ə) çatar”.
Bu surə hicabları aradan qaldırar.
İnsan elə bir məqama çatar ki,
Peyğəmbəri (s) və zamanının
İmamını (ə.f) görər və onların
feyzindən bəhrələnər.
Bu mübarək surədə oxuyuruq: “Ey
iman gətirənlər, Allahdan qorxun!
Hər kəs (özünün) sabah(ı) üçün
qabaqcadan nə göndərdiyinə
(qəlb gözü ilə) nəzər salmalıdır.
Allahdan qorxun ki, Allah
etdiklərinizdən xəbərdardır!”.
(“Həşr” 18).
Allah bizə əmr verir ki, Allahdan
qorxaq və özümüzə ziyan
vurmayaq. Özümüzü tanıyın, çünki
nəfsiniz çox təhlükəlidir.
Cəhənnəm atəşinin kürəsidir.
Özümüzü bu kürədən bayıra
çıxartmağa çalışaq. Allah buyurur
ki, təqvalı olun, yəni özünüzü
tərbiyə edin. Meyllərinizin
qarşısına qalxan qoyun. Qoymayın
ki, bu meyllər sizi bir heyvana
çevirsin.
Başqa bir tərəfdən isə əgər təqvalı
olsanız, sabahı da düşünərsiniz.
Çünki sizin əsl dünyanız axirətdir,
həyatınızın sonu isə ölümdür. Hər
kim gələcəyinə nəzər salarsa,
orada azuqəsi olduğunu dərk
edərsə, deməli özünü və
şəxsiyyətini qurmağı bacarmışdır.
Çoxları yaxşı insanlardır, ancaq
yaxşı qala bilmirlər. Çoxları İmamın
(ə) dəstəsinə qoşulmuşdu, ancaq
axıra qədər davam gətirmədi.
Niyə? Çünki özlərini tərbiyə
etməmişdilər, şəxsiyyətlərini
qurmamışdılar. Onlar düşüncə əhli
deyildilər. Bu ayə ona işarə edir ki,
yaxşı olmaq meyar deyidir, yaxşı
qalmaq meyardır. Ona görə də
düşünərək və təfəkkür edərək,
özümüzü tərbiyə etməliyik.
Mənəviyyat axirətimiz üçün
faydalı olduğu kimi, dünyamız
üçün də faydalıdır. Cəmiyyət hər
nə qədər irəli gedərsə-getsin,
qəlbi rahat olmaz. Bu gün ruhi
xəstəliklərin artmasının səbəbi də
elə budur ki, insanlar
mənəviyyatların dan uzaq
düşüblər. Çünki qəlblər ancaq Allahı
yada salan zaman rahatlıq tapar.
Ona görə də Allahı yada salıb, bu
surəni hər axşam oxumağa
çalışaq. Bu surə bizi İlahi qürbə
yaxınlaşdırar və Peyğəmbərin (s)
sevgisini qazanmış kəslərdən edər.
Bu surəni oxumaqla yanaşı, onun
mənalarına da diqqət edək ki,
nəfsimizi bizə tanıtsın və onun
meylərindən uzaq olmağın
yollarını bizə öyrətsin.

[cavab]

pol FUAD235 30 Noy 2013 / 03:06
Allah Razi Olsun

[cavab]

pol aze 30 Noy 2013 / 03:17
FUAD235, Allah sene yar olsun

[cavab]

pol __R_A_U_L__ 30 Noy 2013 / 09:53
aze, Tewekkurler.

[cavab]

pol aze 30 Noy 2013 / 13:33
__R_A_U_L__, elhemdulilleh

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1843 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az