..::Dəstəmaz Alarkən ayaqlar yuyulmalıdır yoxsa məsh çəkilməlidir?::..

pol aze 30 Noy 2013 / 02:14
Zürarədən nəql olunur: İmam
Baqirə (ə) dedim:
Mənə xəbər verməzsənmi ki, sən
haradan bilirsən və deyirsən ki,
həqiqətən məsh çəkmək başın və
ayaqların bir hissəsinədir
(hamısına deyil)? Bəs imam (ə)
gülümsünüb dedi:
Ey Zürarə, o sözü (hökmü) Allahın
Rəsulu (ə.) deyib və onu Allah
öz kitabında nazil edib, çünki
həqiqətən Uca Allah deyir: “Və
qollarınızı da dirsəklərə qədər
(dirsəklərdən)” və qolların
dirsəklərdən yuyulmasını, üzün
yuyulması ilə birləşdirdi. Bəs
buradan belə başa düşürük ki,
qolların ikisini də gərək
dirsəklərdən
yuyasan. Sonra Uca Allah cümlələri
bir-birindən ayırıb deyir: “Məsh
edin başlarınıza (bir hissəsinə).”
Bəs buradan belə başa düşürük ki,
o zaman Uca Allah deyirsə "bi-ru-
u-sikum" onda bi şəkilçisinin
dərəcəsinə görə, başın bir
hissəsinə məsh çəkilməlidir (bi
şəkilçisi bəzən ismin əvvəlində
gəlib bəzisi, bir hissəsi mənasına
tərcümə olunur). “Və sonra
ayaqları” sözü ilə baş sözünün
arasını birləşdirir necə ki, “üz”
sözü ilə “qollar” sözünü
birləşdirmişdi. Və Uca Allah deyir:
“Qədəmlərinizi də topuqlara
qədər” - bəs buradan belə
düşülür ki, “qədəmlər” sözü “baş”
sözü ilə birləşibsə, onda həqiqətən
qədəmlərə də məsh çəkmək onun
bəzi hissəsinə aiddir (hamısına aid
deyil). Bəs Allahın Rəsulu (s.a.a.) bu
təfsiri (izahı, açıqlamanı) (bütün)
insanlar (səhabələri) üçün demişdi,
amma onlar bu hökmü zay etdilər
(əldən verdilər).
Mənbə (Vəsail, h.1073; Fəqih,
c.1,b.56,h.212; Kafi c.3,b.30,h.4;
Təhzib, c.1,b.61,h.168;
İstibsar,c.1,b. 62,h.186);

[cavab]

pol __R_A_U_L__ 30 Noy 2013 / 02:20
aze, tewekkurler.Yaxwi ki sen varsan.

[cavab]

pol aze 30 Noy 2013 / 02:25
__R_A_U_L__, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1728 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az