..::Fatimeyi-Zəhranın təsbihi::..
aze
30 Noy 2013 / 02:09
Namazdan sonra Həzrət Fatimeyi-
Zəhran ın təsbihini demək çox
tövsiyə edilmişdir. Bəzən insanlar
"Həzrət Zəhranın təsbihi" dedikdə,
bu ifadəni səhv anlayır. Elə başa
düşür ki, namazdan sonra Həzrət
Zəhra təsbih olunur. Xeyr, belə
deyil. Sadəcə olaraq bu məşhur
təsbih xanımın adı ilə ona görə
məşhurdur ki, bu təsbihi həzrət
peyğəmbər (s) ona öyrətmişdir.
Hətta bir hədisdə deyilir ki, bu
təsbih 1000 rəkət müstəhəb
namazdan üstündür. Həmçinin, bu
təsbihi deyən şəxs (şüurlu
surətdə, qavrayaraq) "Əhzab"
surəsi 41-ci ayəyə də əməl etmiş
kimi sayılır. Həmin təsbih budur:
34 dəfə "Allahu əkbər" (Allah-Taala
Ona nisbət edilən bütün keyfiyyət,
sifət, təxəyyül və s.dən daha
böyükdür), 33 dəfə "Əlhəmdu
lillah" (Həmd aləmlərin Rəbbi olan
Allaha məxsusdur), 33 dəfə
"Subhanəllah" (Allah-Talla bütün
eyb və nöqsan sifətlərdən
uzaqdır)
Bu təsbih haqqında o qədər
fikirlər var ki, saymaqla qurtarmaz.
Qeyd edim ki, Əhli-sünnə
mənbələrində də bu təsbih
haqqında məlumat var. Lakin
xanıma nisbət qeyd edilməmişdir
[cavab]
Bölmeye qayıt