..::Ruzi haqqında::..
aze
30 Noy 2013 / 01:50
Təyin olunmuş ruziyə zəhmət
çəkmədən nail olmaq
mümkündürmü?
Cavab: Quran ayələrindən məlum
olur ki, ruzi təkcə maddim
nemətlərdən ibarət deyildir. Bu
sözün lüğəti mənası «davamlı
hədiyyə» deməkdir. Ruzi anlamı
qida maddələri ilə yanaşı məskən,
geyim, elm, düşüncə, iman kimi
nemətləri də əhatə edir. «Ali-
imran» surəsinin 169-cu ayəsində
buyurulur: «Allah yolunda
öldürülənləri ölü zənn etmə. Onlar
öz Rəbbinin yanında ruzi
içindədirlər». Ayədən göründüyü
kimi ruzi təkcə maddi yox, həm də
mənəvi nemətləri ifadə edir.
Bərzəx dünyasında maddi
nemətlərin olmaması, buna bir
sübutdur.
«Hud» surəsinin 6-cı ayəsində
oxuyuruq: «Yer üzündə yaşayan
elə bir canlı yoxdur ki, Allah onun
ruzisini verməsin».
Keçmiş zamanlarda insanlar okean
dərinliklərində canlıların olmasına
inanmırdılar. Çünki 700 metr
dərinlikdə canlı orqanizmləri
qidalandıracaq bitkilər yaşaya
bilməzdi. Əsli yaşıl təbiətdən
götürülən əksər qidalar, okean
dərinliklərinə hansı yolla çata
bilərdi?! Günəş işığı olmadan
həmin dərinlikdə otların
cücərməsinin qeyr-mümkün
olduğu şübhə doğurmur. Zaman
ötdükcə okeanın dərinliyi tədqiq
edildi və məlum oldu ki, uyğun
dərinlikdə canlılar yaşayırmış.
Sübuta yetirildi ki, günəş işığı
okean səthində mikrobitkilər
cücərdir. İlkin təkamül mərhələsini
su səthində keçirən bu qidalar,
sanki okean dibindəki süfrəyə
ələnir. Demək, hansı şərait
olmasından asılı olmayaraq, bütün
canlılar təyin olunmuş ruzisinə
çatır.
Bəs insan necə? İnsan çalışmadan,
heç bir zəhmət çəkmədən təyin
olunmuş ruzisini əldə edə bilərmi?
Həzrət Əli (ə) buyurur: «Ruzi iki
növdür. Birini sən axtarmalısan, o
biri isə sənin axtarışındadır» .
Ayə və hədislərdən məlum olur ki,
Allahın insan üçün ayırdığı ruziyə
çatmaq üçün çalışmaq zəruridir. Bu
işdə özünü həlak edib, haram yola
əl atmağa ehtiyac yoxdur. Hər bir
insan qüvvəsi qədərində çalışarsa,
təyin olunmuş ruzisini əldə edə
bilər. Bəs həzrət Əlinin (ə)
buyurduğu ikinci növ ruzi
hansıdır? Bəzən insan oturduğu
yerdə ruzi əta olunmasını inkar
edə bilmərik. Belə hallar olur.
Amma insan oturub, təsadüflərin
intizarında olmamalıdır.
[cavab]
Bölmeye qayıt
0.1895 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az