..::Qurani-Kərimdə nə üçün dastanlara yer verilib?::..
aze
30 Noy 2013 / 01:44
Qurani-kərimdə nə üçün
dastanlara yer verilib?
Cavab: Quran-Kərimin əhəmiyyətli
bir hissəsi keçmişdə baş vermiş
əhvalatları bəyan edir. Bu ilahi
kitabla yaxından tanış olmayanlar,
onu vərəqləyərkən tez-tez
rastlaşdıqları dastanlardan
təəccüblənir, bəziləri isə irad
tutmağa da cəsarət edirlər. Amma
məsələyə diqqətlə yanaşdıqda, hər
şeyin məntiqəuyğun olmasına
şübhə qalmır.
Tarix, insan həyatındakı müxtəlif
problemlərin bir növ
laboratoriyasıd ır. Həyat
həqiqətlərinin dərk olunmasında
tarixin müstəsna əhəmiyyəti
vardır. Tarixdə müxtəlif qövmlərin
başına gəlmiş hadisələr, bu
hadisələri doğuran səbəblər, əyani
dərs vəsaitinə bərabərdir. Həzrət
Əli (ə) buyurur: «Tarixin
təcrübəsindən öyrənməklə, sanki o
qövmlərin birinci və sonuncusu ilə
birgə yaşamışam» .
Tarix və dastan xüsusi bir
cazibəyə malikdir. İnsan
körpəlikdən qocalanadək, bu
cazibənin təsiri altında olur. Tarix
və dastan hamı tərəfindən dərk
olunur, hansı ki, bir məsələnin
sübutu üçün gətirilən dəlilləri hamı
eyni səviyyədə dərk etmir.
Yuxarıda deyilənlər bir daha sübut
edir ki, Quran tarix və dastana
geniş yer ayırmaqla, ən üstün
təlim-tərbiyə yolunu seçmişdir.
[cavab]
L_SimuS
30 Noy 2013 / 01:54
onlar dastan yox qissə sayılır.təşəkkür mövzuya görə
[cavab]
aze
30 Noy 2013 / 02:03
L_SimuS, açıq yazılıb ona göre dastan diyilir bu mövzuda..Allah razı olsun
[cavab]
Bölmeye qayıt