..::Yuxuya inanmaq olarmı?::..

pol aze 30 Noy 2013 / 01:42
Yuxuya inanmaq olarmı?
Cavab: Yuxu istər adi insanlar,
istərsə də alimlərin daim diqqət
mərkəzində olan məsələlərdəndir .
Axı yuxuda gördüyümüz çirkin və
gözəl, qorxulu və ürək açan
səhnələr nədir? Bunlar keçmişəmi
aiddir, yoxsa gələcəyə?
Müxtəlif ayə və hədislərdən
məlum olur ki, yuxuların
əksəriyyəti gələcəyə aid olub,
qaranlıq məsələlərin üstündən
pərdəni qaldırır. «Yusuf» surəsinin
36-cı ayəsində oxuyuruq: «(İki
gənc, Yusif peyğəmbərə dedi:)
«Gəl bu yuxunu bizə yoz». Yusif
belə cavab verdi: «Yeyəcəyiniz
təam gəlməmişdən əvvəl, mən
onun mənasını sizə xəbər
verərəm. Bu, Rəbbimin mənə
öyrətdiyi elmlərdəndir». Ayədən
göründüyü kimi həqiqi, əsaslı və
yozulası yuxular vardır. Həzrət
Peyğəmbər (s) buyurur: «Yuxu üç
qismdir: bir qismi Allah tərəfindən
verilən müjdə, bir qismi şeytandan
gələn qəm-qüssə, digər bir qismi
isə, insanın bir iş barədə çox
fikirləşməsinin nəticəsidir» .
(Biharul-ənvar, 14-cü cild, səh.
411)
İslam dinində təbiri caiz bilinən
yuxu, yalnız ilahi yuxulardır. O biri
yuxuların təbiri batildir və həmin
yuxulara inanmaq olmaz.

[cavab]

pol L_SimuS 30 Noy 2013 / 01:56
səhv etmirəmsə sübh namazına yaxın görülən yuxu ilahi tərəfindən olur.

[cavab]

pol aze 30 Noy 2013 / 02:02
L_SimuS, ola bilər

[cavab]

pol Mr_PsiXxX 30 Noy 2013 / 02:11
ALLAH razi olsun

[cavab]

pol aze 30 Noy 2013 / 02:15
Mr_PsiXxX, Allah sene yar olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2018 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az