..::Iblisin yığınacaqı::..

pol aze 29 Noy 2013 / 02:27
İblis, bütün şeytanlarla böyük bir
yığıncaq təşkil edir. Nitqini belə
başlayır:
"Biz Müsəlmanları məscidə
getməkdən saxlaya bilmirik. Onları
Quran
oxumaqdan və doğru işlər
görməkdən də çəkindirə bilmirik.
Ondan başqa, onları Allahı və
Məhəmməd Peyğəmberi (s.a.s)
düşünməkdən də saxlaya bilmirik.
Allahla bağlantıları çox güclüdür,
qıra bilmirik."
"Belədirsə, qoyun onlar məscidlərə
getsinlər, daim bir yerdə olsunlar.
Eybi yox. Amma onların
zamanlarını oğurlayın!!! Beləliklə
də, onalrın Allahı və Rəsulu
Məhəmmədi düşünməyə vaxtları
qalmasın. Sizdən istədiyim tək
budur!!!" - dedi İblis.
"Onları daim məşhğul edin, Allahla
bağlantıları zəifləsin!!!"
Şeytanlar cavabında: "Bunu necə
edə bilərik ki?" - soruşdular.
Iblis: "Onların beynini tez-tez kiçik
işlərlə, menasız düşüncələrlə
meşğul edin."
"Onları davamlı olaraq xərcləməyə
təşviq edin. Xərcləsinlər,
xərcləsinlər, sonra da borclansınlar,
borclansınlar"
"Xanımları uzun saatlar boyunca
evdən xaricdə işləməyə məcbur
edin, eyni zamanda kişiləri də
həftədə 6-7 gün, gündə 10-12
saat işləməyə məcbur edin.
Beləliklə, onların özlərinə və
ailələrinə, sevdiklərinə ayırmağa
boş vaxtları qalmasın."
"Onları övladları ilə vaxt
keçirməkdən çəkindirin. Hətta
evdə də işlərinin ağırlığını
üzərlərində hiss etsinlər.
Beyinlərini elə məşğul edin ki,
onları Allahla birgə olmağa
səsləyən kiçik səsləri də
eşitməsinlər."
"Onları daima musiqi dinləməyə
təşviq edin, evdə, işdə, hətta
maşında da radio, CD dinləsinlər.
Evlərində TV, VCD, kompyuter
daima açiq olsun. Bunlar insanların
beyinlərini məşğul edər və
bununla da Allahı ve Rəsulu
Məhəmmədi (s.a.s) düşünməyə
vaxtları qalmaz."
"Stol üstündə həmişə qəzet və
jurnallar olsun, oradakı xəbərlər
beyinlerini 24 saat məşğul etsin.
Hətta maşın sürərkən də
nəzərlərini reklam plakatlarına
çəkin."
"Onların e-mail adreslərini
reklamlar, mənasız mektublar, junk
maillər, sifariş kataloqları ilə
doldurun ki, onları silmək üçün
vaxt itirsinlər."
"Gözəl, cazibədar manikenlerin
jurnalların üzərində, TV-lərdə tez-
tez görünmələrinə şərait yaradın
ki, kişilər onları görüb, gərək
gözelliyin bunlarda olduğunu və
xarici görünüşün əsas olduğunu
düşünsünlər, həyat yoldaşlarını
bəyənməsinlər"
"Xanımların çox yorğun olmalarına
çalışın, bununla da kişilərə lazımı
sevgini göstərə bilməsinlər. Daima
başları ağrısın. Əgər kişilər lazımı
diqqət və qayğını evdə
görməsələr, onu çöldə axtarmağa
başlayacaqlar. Bu da ailələrin daha
tez dağılmasına şərait yaradacaq"
"Onlara mənasız hekayələrlə
zəngin kitablar verin ki,
övladlarına həyatın gərçək
mənasını başa salmaq əvəzinə, o
kitabları oxusunlar."
"Onları o qədər məşğul edin ki, çölə
çıxıb, təbiəti incələyib, Allahın
yaratdıqlarında n dərs ala
bilməsinlər. Yaradılışın necə
mükəmməl olduğunu dərk edə
bilməsinlər. Onları bağlı yerlərə,
oyunlara, konsertlərə,
kinoteatrlara getməyə vadar edin
ki, təbiətlə biryerdə olmağa vaxt
tapa bilməsinlər"
"Əgər özü kimi düşünən dostları ilə
görüşdüyünü görsəniz, onları
dedi-qodu etməyə məcbur edin.
Elə şəylərdən danışn malirina
şərait yaradin ki, aralarinda ixtilaf
çıxsın, inciklik yaransın"
"Həyatlarının o qədər gözəl və
mükəmməl olmasına çalışın ki,
Allahı və Onun gücünü düşünəcək
halda olmasınlar. Hər şeyi öz
güclərinə əldə etdiklərinə
inansınlar. Sağlıqlarına və əldə
etdikləri nemətlərə şükr etmək
ehtiyacı duymasınlar."
"Bax, budur bizim möhtəşəm
plan!!!"
Şeytanın sizin qiymətli vaxtınızı
almağa imkan verməyin. Qiyməti
zamanınızı qiymətli insanlarla, yeni
biliklər əldə etməklə, gözəl işlər
görməklə, ALLAHI və onun RƏSULU
MƏHƏMMƏD PEYĞƏMBƏRI
düşünməklə keçirin.
Heç düşünmüsünüz BUSY (ingilis
dilində "məşğul") sözünün açılışını?
Being Under Satan's Yoke -
şeytanın təsiri altında olmaq.
Əgər vaxtınız olsa bunu
yaxınlarınızla bölüşün.

[cavab]

pol Mr_PsiXxX 29 Noy 2013 / 03:11
ALLAH razi olsun

[cavab]

pol aze 29 Noy 2013 / 03:14
Mr_PsiXxX, Allah sene yar olsun

[cavab]

pol pessimistka 29 Noy 2013 / 23:48
Allah evezin versin etdiyiniz yaxsi islerin,menim beynimi seytan bu fikirlerle doldurub,o bos islerden ayrila bilmirem.Calisacam,amma ne fayda hemise bele deyirem.

[cavab]

pol BerryBlack 30 Noy 2013 / 00:56
utandime lap =/ lenet weytana!

[cavab]

pol aze 30 Noy 2013 / 01:08
BerryBlack, Allah razı olsun

[cavab]

pol aze 30 Noy 2013 / 01:08
pessimistka, Allah razı olsun...çalışmayın edin

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2467 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az