..::Beytül mal::..

pol aze 28 Noy 2013 / 19:11
Bir gün Təlhə və Zübeyr Əli
əleyhissəlamın yanına qonaq
gəlirlər. Əli (ə) onları qəbul edir,
sonra mizin üstündə yanan çırağı
söndürüb, başqa bir şam yandırır.
Onlar bir çırağı söndürüb, digər
çırağı yandırmağın səbəbini
soruşduqda, Əli (ə) belə buyurdu:
“Birinci yanan çıraq ümumi
büdcədəndir, beytül-malındır ; siz
gələnə qədər mən dövlət
büdcəsinin hesab işləri ilə məşğul
idim, ona görə də dövlətin öz
hesabından olan çıraqdan istifadə
edirdim. Amma indi ki, siz
gəlmisiniz, mənim qonağımsınız və
mənimlə şəxsi söhbətiniz var,
dövlət çırağından istifadə etməyə
haqqım yoxdur.” Təlhə və Zübeyr
bu cavabı eşitdikdə, bir-birinin
üzünə baxıb duruxdular. Bir söz
demədən, xudafizləşib getdilər. Yol
boyu bir-birinə deyirlər: “Bizim
kimi böyük şəxsiyyətlər gəlmişik
ki, Əli ilə yüz mindən, yüz
milyonlardan danışaq, İslam
ölkəsinin müqəddəratından bəhs
edək, dövləti, hökuməti
bölüşdürək; bu rəhmətliyin oğlu
isə, dövlətin üç qəpiklik çırağını da
bir-iki dəqiqəliyə bizim üçün
yanmağa qoymadı”.

[cavab]

pol Alibaba*AZE 28 Noy 2013 / 19:13
Elece bilib bilmeden yazin bilmirem Talhaynan Zubeyr neyniyib size.

[cavab]

pol aze 28 Noy 2013 / 19:20
Alibaba*AZE, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1445 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az