..::Allaha israrla dua etmek::..

pol aze 28 Noy 2013 / 03:28
Şeytanın yolları
müxtəlifdir. İblis bəndənin Allahla
rabitəsini kəsmək istəyir,
bəndənin Allaha bağladığı ümidi
piç etmək istəyir. Bunun üçün də
müxtəlif vasitələrdən istifadə edir.
Bir dəfə bəndənin zehninə təlqin
edir ki, “”nə qədər dua etməlisən
ki? Heç sənin duaların qəbul
olunmur? Bir dəfə dedin bəsdir.
Allah istəsəydi, indiyə qədər
verərdi”. Bu, şeytandır. (Ayətullah
Müctəba Tehraninin Ramazan
ayında etdiyi xütbələrdən). İnsan
Xaliqlə məxluğu müqayisə
etməməlidir. Allah bunu bəyənmir
ki, əgər mən çətinliyə
düşmüşəmsə, əvvəl mənim kimi
bir məxluqun yanına kömək üçün
gedəm. Bəlkə əksinədir. Allah sevir
ki, ilk növbədə bəndəsi
Ondan kömək diləsin. Bəziləri
deyilrər ki, Allahım! Sən
buyurmusan ki, çətinliyin olan
zaman ilk növbədə Mənə müraciət
et ki, dualarınızı yerinə yetirəm.
Mən indi Sənin evinə getdim və
orada dua etdim. Bəs niyə mənim
dualarımı qəbul etmirsən?
İnsan bu cür varlıqdır ki, bir dəfə
dua etməklə hər şeyin olmasını
istəyir. Ancaq insan etdiyi duaya
görə israr etməlidir. Məsələn, əgər
hansısa bir işimiz bir başqa insana
düşübsə və bilirik ki, o, bu işi görə
bilər. O zaman bu işi görməsi üçün
ona dəfələrlə bunu xatırladırıq.
Əgər başımı aşağı salıb, getsəm, bu
işim düzəlməyəcəkdir . Ancaq
əgər bu istəyimi dəfələrlə ona
xatırlatsam, bu zaman çətinliyimin
həll olması üçün ümid olar. Biz
insanlar beləyik. Allah üçün də
belədir. Yəni, Allah da sevir ki,
bəndəsi Ona dəfələrlə müraciət
etsin və Ondan istəsin. Hədislərdə
oxuyuruq ki, Allah buyurur ki,
Mənim bəndəmin səsindən xoşum
gəlir. Onu da deməliyəm ki, Allah
vaxtında verəndir və hər şeyi
hesab edərək, edir. İmam Sadiqdən
(ə) belə bir hədis vardır: “Allahın,
insanların bir-birinə xahişlərində
israr etmələrini xoşlamır. Bunu
sevir ki, o zaman ki, məhzərinə
gedirsən, davamlı olaraq, israr
edəsən. Allah sevir ki, Allah
yanında olana görə istəyəsən və
tələb edəsən”. Allahın yanında olan
dedikdə burada o şey ki, Allah
qüdrətindədir nəzərdə tutulur.
Yəni, hər nəyi iradə edirsən, ona
əməl edə bilər. Bəs nə Allahın
yanında deyildir?

[cavab]

pol aze 28 Noy 2013 / 03:29
İnsanın istədiyi hacət gərək
ağlabatan olsun. İstədiyi şey
mümkün bir şey olsun. O şey ki,
insan ona ehtiyac duyur, onu
insana vermək Allahın qüdrəti
altındadır. Elə bir şey yoxdur ki,
Allah ona qadir olmasın. Bütün
işlər Onun qüdrəti altında yerinə
yetirilir. Allah buyurur: “Mən
sevirəm ki, yanımda olanlara görə
Məndən istəyəsiniz”. Yəni hər nə
istəsən, sənə verəcəyəm və hər
nəyə ki, ehtiyacın var, xoşlayıram
ki, Məndən istəyəsən.
“Cövşən Kəbir” duasında belə bir
dəyərli kəlmə vardır: “Zehninə
gəlməsin ki, Allahın israr
etməkdən, təkid etməkdən xoşu
gəlmir. O, dua məsələlərində
yorulmaz”. Peyğəmbəri-Əkrə m (s)
bir duanı bir neçə dəfə təkrar
edərdi. Hədisdə oxuyuruq:
“Peyğəmbər (s) o zaman ki, dua
edərdi, onu üç dəfə təkrar edərdi.
Nə zaman nəyisə istəyirdi, onu üç
dəfə təkrar edərdi”. Başqa bir
hədisdə Abdullah ibni Məsud nəql
edir: “Peyğəmbərin (s) xoşuna
gələrdi ki, duasını üç dəfə təkrar
etsin. Üç dəfə bağışlanma
diləyərdi”.
Həzrət Peyğəmbərdən (s) gələn
hədisdə oxuyuruq: “Əgər kimsə
Allahdan üç dəfə behişti istəyərsə,
behişt Allaha ərz edər: “Bari İlahi!
Onu behiştə daxil et”. Bu hədisə
əsasən üç dəfə dalbadal istəmək
fəzilətlidir. “Əgər kimsə üç dəfə
cəhənnəmdən Allaha pənah
apararsa, cəhənnəm deyər:
“Pərvərdigara! Ona cəhənnəmdən
pənah ver”". Yəni, ona nicat ver.
Bu hədislərdən belə görünür ki,
Allahdan bir hacəti istəyən zaman
ən azı üç dəfə istəməliyik. Mömin
dua emtəkdən yorulmamalıdır.
Xüsusilə də duaların qəbul
olunduğu vəd edilən müəyyən
saatlarda. Əgər bu fürsət əldən
gedərsə, bir daha əldə oluna
bilməyəcəkdir. Allah heç bir zaman
bu duaları eşitməkdən yorulmaz,
yorulan şeytandır.
Duanın tez bir zamanda həyata
keçməsi üçün lazım olan şərtlərdən
biri də odur ki, şəxs başqası üçün
dua etsin. Qədr gecələri başqaları
üçün dua edək. Xüsusilə də o kəs
ki, bizə pislik etmişdir, ona dua
etmək bizi özümüz üçün
istədiyimiz hacətin tez bir
zamanda həyata keçməsi üçün
zəminə yaradar. Əgər özün üçün
istəsən, belə tezliklə sənə verilməz.
Ancaq əgər başqası üçün
istəyirsənsə, Allah sənin hacətini
tez bir zamanda yerinə yetirər.

[cavab]

pol Nado2 28 Noy 2013 / 03:37
ALLAH senden razi olsun sen ne gözel insansan ALLAH seni qorusun

[cavab]

pol aze 28 Noy 2013 / 03:39
Nado2, Allah sene yar olsun...men mömin bir bende deyilem,eger möminemse de bunu ancaq Allah bilir

[cavab]

pol Nado2 28 Noy 2013 / 03:45
aze,men cox dardayam menim ücün dua edinde ne olar

[cavab]

pol aze 28 Noy 2013 / 03:47
Nado2, inşallah namazdan sonra söz dua edecem

[cavab]

pol Nado2 28 Noy 2013 / 03:48
Men ne isdesem ALLAHdan isdiyirem cunki men ALLAHdan bawqa hec neye ve hec kime inanmiram

[cavab]

pol Nado2 28 Noy 2013 / 03:50
ALLAH cennetinden yer ayirsin size inwALLAH

[cavab]

pol aze 28 Noy 2013 / 03:52
Nado2, elhemdulilleh

[cavab]

pol _LEBBEYK_ 28 Noy 2013 / 04:41
aze, ve aleykum salam exi smsi oxudum nihat) nikidi

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.169 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az