..::Fatimeyi-Zəhranın (ə) cehizi::..
aze
27 Noy 2013 / 17:04
İnsan yaranışının ilkin
mərhələsindən başlayaraq onun
ən zəruri və təbii ehtiyaclarından
biri ailə qurmaq və evlənmək
olmuşdur. Bəşərin davamı,
nəsillərin artması sözsüz ki, bu
məsələ ilə sıx bağlıdır. Buna görə
də evlənmə məsələsi bəşər
cəmiyyətində ibtidai insan
dövründən tutmuş onun ən
inkişaf etmiş zamanına kimi
diqqət mərkəzində olmuşdur.
Bütün din və məzhəblərdə də
evlənmə üçün xüsusi qanun-
qaydalar nəzərdə tutulmuşdur. Bu
qanun-qaydalar olmadan nəinki
ailələrin əsası və cəmiyyətlərin
bünövrəsi dağılır, eyni zamanda
insan nəslinin həlatı da heyvanlara
məxsus bir hal alır, yəni insanlıq
mənəviyyatı və dəyəri məhv olur,
bəşər şəxsiyyəti, bəşər siması
tamamilə pozulur.
Buna görə də, İslamın İlahi ayini
bu mühüm və həyati məsələ üçün
də elə müqəddəs qanun-qaydalar
qoymuşdur ki, onlar həm bəşərin
davamı üçün zəmindir, həm də hər
bir fərdin, ailə və cəmiyyətin
mənəviyyatının, bəşəri
dəyərlərinin qorunması üçün vacib
şərtlərdir. Burada bir mühüm
cəhəti xüsusi qeyd etmək lazımdır:
İslam bu zəruri və təbii məsələyə
ən təbii və sadə şəkildə yanaşmış
və onun hər cür dəbdəbədən
kənar, ağır və əl-ayağı bağlayan
şərtlərdən uzaq bir şəkildə həllini
nəzərdə tutmuşdur. İslamda
evlənmənin əsas şərtlərinə, o
cümlədən evlənmə yolundakı
maneələrə, qadağanlara ötəri bir
nəzər də kifayətdir ki, bu
müqəddəs, İlahi ayinin evlənmə və
ailə qurmaq məsələsində də
insanın öz təbii ehtiyaclarını əsas
götürdüyünü təsdiqləyək. İslam
bu məsələdə qadın və kişinin sadə
və təbii bir şəkildə bir-birinə
qovuşmasını, evlənməsini əsas
götürmüş və qadınla kişinin
qanuni və təbii şəkildə evlənməsi
yolundakı bütün əngəlləri, o
cümlədən cahiliyyə dövründə və
ya başqa din və cəmiyyətlərdə
mövcud olan maneələri aradan
qaldırmışdır. Elə buna görə də
İslamda qadınla kişinin ən sadə və
dəbdəbəsiz bir şəkildə
evlənməsinə üstünlük verildiyinin
şahidi oluruq. İslam evlənmə
məsələsindəki ağır öhdəlikləri,
müxtəlif çətin şərtləri ailə qurma
yolunda maneə hesab edərək
bunun son nəticədə bəşər
cəmiyyətində fitnə-fəsada,
pozğunluğa bais olacağını, qeyri-
qanuni əməllərə gətirib
çıxaracağını göstərmişdir. İslamda
evlənmənin sadəliyi və
dəbdəbədən uzaq olması hər
şeydən əvvəl bu baxımdan diqqəti
cəlb edir ki, ümumiyyətlə, İslamda
həyati məsələlərin bünövrəsi
maddi əsaslar üzərində
qurulmadığı kimi, ayrı-ayrı
şəxslərin nüfuz və hörmətindən,
ad-sanı və nəslinin əsl-köklü
olmasından da asılı deyil. Əksinə,
həmin bünövrə yalnız və yalnız
mənəviyyat və dindarlıq, iman və
paklıq, nəciblik və bəşəri kamillik
üzərindədir. Müsəlman qadın və
kişilərin birgə həyatının əsasını,
bütövlükdə İslam cəmiyyətinin
bünövrəsini bu keyfiyyətlər təşkil
edir. Buna görə də evlənmə
məsələsində dəbdəbə və ağır
öhdəliklər nəinki İslamda nəzərdə
tutulan sadə və təbii evlənmə
mərasiminə aiddir, həm də bir çox
ailə-məişət pozğunluqlarını n,
fitnə-fəsadın mənbəyi, köküdür.
Çünki ağır evlənmə şərtləri,
dəbdəbəli evlənmə xərci təbii ki,
hamı üçün yerinə yetiriləsi deyil.
Ona görə də belə şəxslər qanuni
evlənmə şərtlərini yerinə
yetirməyə, müqəddəs ailə həyatını
qurmağa qadir olmadıqlarını
bilərək məyus olur, ruhdan
düşürlər və bu mübarək, hörmətə
layiq işdən boyun qaçırırlar. Bu isə
son nəticədə həm onların
pozğunluğa yuvarlanmasına
gətirib çıxarır, həm də cəmiyyətdə
fitnə-fəsadın yayılmasına səbəb
olur.
İlkin İslam cəmiyyətlərində
müsəlmanların evlənmə
məsələsinə qısa bir baxış göstərir
ki, ailə qurmaq bu cəmiyyətlərdə
nə dərəcədə müqəddəs və pak bir
əməl sayılmış və necə bir sadəlik
və təbiiliklə icra olunmuşdur.
Xüsusilə də, İslam peyğəmbərinin
(s) alicənab qızının necə və nə
tərzdə ərə getməsinə, Əli (ə) ilə
necə müqəddəs ailə qurmasına
diqqət yetirdikdə bu həqiqət açıq-
aşkar üzə çıxır. Həmin evlənmə bu
pak və təmiz, namuslu və fəzilətli
ailənin ardıcılları olmaq istəyənlər
üçün ən ali və ən gözəl nümunədir.
[cavab]
aze
27 Noy 2013 / 17:06
İslam tarixçilərinin hamısı qeyd
edir ki, Peyğəmbərin (s) gözünün
işığı Fatimeyi-Zəhran ın (ə) İslamın
şahsuvarı Əli (ə) ilə mübarək
evlənmə mərasimi olduqca sadə və
təbii bir şəkildə oldu. Düzdür, o
vaxtlar evlənmə mərasimləri
ümumiyyətlə sadə və təbii olurdu,
lakin o müqəddəs vücudun
evlənmə mərasimi həddindən artıq
sadəliyi və bər-bəzəkdən uzaqlığı
ilə seçilirdi. Bu nümunəvi evlənmə
o dərəcədə sadə və təmtəraqdan
uzaq idi ki, Fatimənin (ə) kəbin
haqqı və nigahla evlənmə xərcinin
hamısı cəmi dörd yüz səksən
dirhəmə başa gəldi. Həmin məbləği
də alicənab kürəkən öz zirehini
satmaq yolu ilə əldə etmişdi.
Bəli, elçilik mərasimi qurtardıqdan
sonra toy mərasiminin xərcindən
söhbət düşdükdə məlum oldu ki,
Əlinin (ə) nə nağd pulu var, nə dar
gün üçün saxladığı əmanəti, nə də
satlıq bir ev əşyası. O həzrət
axırda öz döyüş zirehini satmağa
məcbur oldu (onsuz da o qoçaq və
qəhrəman cəngavərin – düşmənin
canına od salan şücaətli
döyüşçünün döyüş zirehinə
ehtiyacı yox idi). Mərhəmətli
Peyğəmbər (s) də həmin zirehin
puluna Zəhranın (ə) ehtiyacı üçün
ən zəruri olan ev əşyalarını aldı.
İndi “cehiz” adlanan həmin
əşyalara ən azı birgə həyata təzə
qədəm qoyan hər bir cavan ər-
arvadın ehtiyacı var. Beləliklə,
Allahın Rəsulunun (s) qızının cehizi
aşağıdakı geyim və ev
əşyalarından ibarət idi:
1. Qiyməti 7 min dirhəm olan bir
dəst qadın köynəyi;
2. Qiyməti 4 min dirhəm olan bir
böyük baş yaylığı;
3. Qara Xeybər qətifəsi (hamam
dəsmalı);
4. Xurma lifindən düzəlmiş bir
taxt;
5 Üzü Misirdə toxunmuş qaba
kətan parçadan olan iki dəst
yorğan-döşək: birinin içi xurma
lifindən, o birinin içi qoyun
yunundan idi;
6. Taifin gön dərisindən
hazırlanmış dörd ədəd mütəkkə
(yastıq);
7. Nazik yun parça;
8. Otağa döşəmək üçün bir ədəd
həsir;
9. Bir əldəyirmanı. Fatimeyi-Zəhra
(ə) ev üçün lazım olan unu
mübarək əli ilə həmin
əldəyirmanında çəkirdi;
10. Bir mis teşt;
11. Bir kiçik su tuluğu;
12. Bir taxta kasa;
13. Bir aftafa;
14. Bir yaşıl bardaq;
15. Bir neçə saxsı kuzə;
16. Dəridən düzəldilmiş bir süfrə;
17. Pambıqdan toxunmuş bir əba.
[cavab]
aze
27 Noy 2013 / 17:07
Tarix kitablarında yazıldığı kimi,
kəramət sahibi Peyğəmbər (s) öz
mübarək alilə bu cehizləri qızına
bağışladı və öz mübarək kəlamı ilə
ona xeyir-dua verdi. Buna görə də
həmin sadə və kiçik cehizi bütün
dünyanın ən qiymətli və misli-
bərabəri olmayan bir cehizi hesab
etmək lazımdır. Bəli, bu kiçik ev
əşyaları gəlinin cehizi kimi hazır
olanda onları Peyğəmbərin (s)
hüzuruna gətirdilər. Kəramətli
Peyğəmbər (s) o əşyaları mübarək
əli ilə o tərəf bu tərəfə çevirib
hamısına baxdıqdan sonra
əzəmətli və müqəddəs səsi ilə
buyurdu: “İlahi, ev əşyalarının
çoxu gil və saxsı qablardan olan
bu ailəni xoşbəxt et...”
Beləliklə, dünyanın ən böyük və ən
müqəddəs şəxsiyyətinin –
paklarının pakı olan Fatimənin (ə)
cehizi təfərrüatı ilə yuxarıdakı
əşyalardır. Bu cehiz tarixi
baxımdan əvəzsiz və bənzərsiz
olmaqla bərabər, müqəddəs bir ailə
qurmağın yaddaşlardan
silinməyən, parlaq dərslərini bizə
öyrədir. Pakların pakı Zəhranın (ə)
cehizinə diqqət yetirdikdə onda
minlərcə elə gizli mətləblər, rəmzi
dərslər aşkar etmək olar ki, onlar
bütövlükdə cehizin çoxluğunun,
cehizə göz dikməyin, gündən-günə
onun sayını və qiymətini
artırmağın, bir sözlə, əslində
evlənmə mərasiminin dəbdəbəli və
təntənəli olması xatirinə onu bir
növ “yarışa” çevirməyin yeni ailə
quran cavanların xoşbəxtliyi çün
heç bir zəmanət vermədiyini
sübut edir. Belə bir “yarış”
nəticəsində cavanların çoxu
evlənə bilmir, bu isə öz-özlüyündə
ruhi və əsəbi xəstəliklərin
yaranmasına, fitnə-fəsadın,
pozğunluğun, əxlaqsızlığın
yayılmasına, müxtəlif xəstəliklərin
artmasına, bir sözlə sağlam İslam
cəmiyyətinin süqutuna gətirib
çıxarır. Peyğəmbərin (s) qızı və
şiələrin birinci imamının evlənmə
qaydası, ailə qurma tərzi
həqiqətən böyük bir elmi dərsdir,
keçmişin və bugünün zərərli adət-
ənənələri ilə barışmaz bir
mübarizədir. Elə bir adət-ənənə ilə
mübarizədir ki, əxlaq və
mənəviyyata, fəzilət və daxili
gözəlliyə, daxili dəyərlərə deyil,
mal və sərvətə, gözqamaşdıran
dəbdəbə və təntənəyə fikir verir.
Belə bir adət-ənənənin daşıyıcıları
bilmirlər ki, mənəviyyat, gözəl
əxlaq olmadan heç bir sərvət,
hətta bir günlük, bir anlıq
xoşbəxtliyi belə təmin edə bilməz.
[cavab]
Mr_PsiXxX
27 Noy 2013 / 17:34
ALLAH razi olsun
[cavab]
ViP_BaKu
27 Noy 2013 / 20:41
twkler elin var olsun
[cavab]
mila99
27 Noy 2013 / 20:44
twkler
[cavab]
aze
27 Noy 2013 / 23:55
Mr_PsiXxX, Allah sene yar olsun
[cavab]
aze
27 Noy 2013 / 23:56
mila99, Allah sene yar olsun
[cavab]
aze
27 Noy 2013 / 23:57
ViP_BaKu, Allah sene yar olsun
[cavab]
Bölmeye qayıt