" ITIREN DE MENEM TAPAN DA MeNeM "

pol @Pervane@ 26 Noy 2013 / 17:41
Ürəyim, aradan illər keçəcək,
Yolumu salacam şəhərinizdən,
Ya sənə bənzəyən körpə bir çiçək,
Ya nifrət baxacaq pəncərənizdən.
O qədər dayandım qapılarında,
Səni oyatmağa əlim gəlmədi,
Sonuncu ümid də məni qıranda,
Adicə gileyə dilim gəlmədi.
Bilmədim hardayam, yalqızam, təkəm-
Yağmurlar islatdı, yellər üşütdü,
İstədim qapında qanımı tökəm,
Heyif, məhəbbətin bıçağı kütdü.
Hələ də yanıram bayatı kimi,
Hələ də içimdə nəğmən dolaşır,
Dəli bir ümmanın fəryadı kimi,
Gözyaşım kipriyim üstünnən aşır.
Yolumu salmışam şəhərinizdən-
Bəlkə bir açasan-qapında mənəm!
Bir çiçək boylandı pəncərənizdən-
İtirən də mənəm, tampan da mənəm

[cavab]

pol *BUTTERFLY* 26 Noy 2013 / 18:32
yaxwidi.

[cavab]

pol ErRoR_MEDVED 26 Noy 2013 / 19:04
Qewey deyil

[cavab]

pol Mr_PsiXxX 26 Noy 2013 / 19:35
pisdi

[cavab]

pol Boxing 26 Noy 2013 / 22:19
beyenmek olar...

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1755 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az