Qaranqusun Sevgisi
Cavab_Yaz
26 Noy 2013 / 12:08
Bir qaranquş bir adama aşiq olur.
Pəncərənin önünə qonub bütün
cəsarətini toplayır, tüklərini
qabardır, gözəl durduğuna əmin
olduqdan sonra kiçik dimdiyi ilə
pəncərəyə vurur:
Tık…. Tık…. Tık….
Adam pəncərəyə baxır. İçəridə işi
ilə məşğuldur. Kimdir onu işindən
aralayan? Balaca bir qaranquş!
Həyəcanlı qaranquş dərin bir
nəfəs alaraq dimdiyindən sözlərini
yağdırdı:
- Hey adam! Mən səni sevirəm.
Niyəsini soruşma. Uzun zamandır
səni izləyirəm. Danışmağa bu gün
cəsarət tapdım. Pəncərəni aç,
məni içəri al. Birlikdə yaşayaq.
Adam hirslə cavab verir:
- Yox daha nələr! Sən hardan
gəldin? Olmaz. Ola bilməz. Sən bir
quşsan. Heç quş insana aşiq olar?
Qaranquş pərt olur. Yenə də
ümidini itirmir. Bir müddət sonra
təkrar pəncərəyə gəlib
gülümsəyərək təkrar şansını
yoxlayır:
- Adam, ay adam. Aç bu pəncərəni.
Al məni içəri. Səni heç incitmərəm.
Bax soyuqlar da başladı,
üşüyürəm. Yoxsa isti ölkələrə
getməli olacam. Mən ancaq istidə
yaşaya bilirəm. Peşman olmazsan.
Sən də mənim kimi yalnızsan,
yalnızlığını paylaşaram.
Bu dəfə adam əməlli hirslənir:
- Mən yalnızlığımdan məmnunam.
Məni rahat burax!
Bu dəfə qaranquş başını önə əyib
gedir. Bir daha görünmür
pəncərədə.
Aradan zaman keçir. Adam öncə
düşünür, sonra öz-özünə etiraf
edir:
- Hey mənim ağılsız başım, nə
qədər axmaqlıq etdim.
Gözlənilməz anda qarşıma çıxan
fürsəti əldən verdim. İndi belə tək
oturacağıma əyləncəli vaxt
keçirərdik birlikdə.
Peşman olur amma iş işdən keçib.
Yenə də öz-özünü rahatlatmaq
üçün deyir: İstilər başlayanda
qaranquşum necə olsa gələr. Mən
də onu yanıma alar, maraqlı bir
həyat keçirərəm.
…. Və çox uzun müddət istilərin
gəlməsini gözləyir. Gözü yollarda
qalır. Yaz gəlir, başqa qaranquşlar
gəlir, amma … onun qaranquşu
heç görünmür. Yazın sonuna
qədər pəncərəsi açıq
gözləyir,amma nahaq. Qaranquş
yoxdur! Gələn başqa
qaranquşlardan soruşur, görən
olmayıb. Sonunda dərdini demək
və məlumat almaq üçün bir
müdrikə gedir. Olanları danışır.
Müdrik gözlərini adama dikir və
deyir:
- Qaranquşların ömrü 6 aydır…
Həyatda bəzi fürsətlər vardır
ki,sadəcə bir dəfə əlinizə keçər və
dəyərləndirməsə niz uçub gedər.
Həyatda bəzi insanlar vardır ki,
yalnız bir dəfə qarşınıza çıxar,
dəyərini bilməsəniz qaçıb gedər.
Və heç vaxt geri dönməzlər.
[cavab]
*_FaLCoN_*
26 Noy 2013 / 12:13
yaxsidi
[cavab]
(=2_DoSt=)
26 Noy 2013 / 12:16
Ela di maraqlidı
[cavab]
KeNT(=Love=)
26 Noy 2013 / 15:20
[cavab]
yunus
26 Noy 2013 / 17:14
Ne deyim ne yaxsi deyirem ne de pis
[cavab]
Bölmeye qayıt
0.1423 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az