..::əsgərə Məktub::..
aze
26 Noy 2013 / 05:46
Həyat maraqlıdır çoxdur əzabı
Elə bundan yazır ömür kitabı
Açdım bir səhifə oxuyum bilim
Mövzu belə idi xoşbəxt ol
sevgilim!
3 aydır vətənə xidmət edirdim
Yarımla yazılı söhbət edirdim
Sevgilimdən məktub var idi yenə
Bu acı sözləri yazmışdı mənə
-Sevgilim, mən daha dözə bilmirəm
Tək tənha dünyada gəzə bilmirəm
Atam da, anam da evlən deyirlər
Qapımıza çoxları gəlib-gedirlər.
Mən də fikirləşib susdum bir qədər
Qələmi götürüb yazdım birtəhər
-Mənəmsə günahkar bağışla məni
Görürəm intizar üzübdür səni
Bilməzdim nə vaxtsa eşqdən
doyarsan
Övladına mənim adımı qoyarsan
Toyunu ad günüm olanda elə
Sevgimizin gülü solanda elə
Yazdım bu naməni göz yaşlarımla
Bölmədim dərdimi yoldaşlarımla.
Günlərim beləcə keçdi ötüşdü
Axır ki ad günüm gəldi yetişdi.
Toyda qarışmışdı bu tost o tosta
Mənsə həmən günü çıxmışdım
posta.
Günlərim kədərli, qəmli sevincsiz
Ürəyim vururdu səssiz-səmirsiz .
Xidməti bitirib evimə gəldim
Həyatda dəyişən çox şeyi gördüm
Bunlar mənə qüssə kədər verdilər
Yarımı soruşdum xəbər verdilər
Harada yaşadığını biləndən sonra
Bir baş dayanmadan üz tutdum
ora
Hər zaman sevdiyim yarımı
gördüm
Tanımamaqçın məni geriyə
döndüm
Gördüm Nazim deyib səsləyir məni
Düşündüm ki yenə istəyir məni
Cəsarət eyləyib geriyə döndüm
Belə bir kədərli mənzərə gördüm.
Bütün yaşananlar yaşanmış
keçmiş
Çağırdığı Nazim övladı imiş.
Bir daha dünyada gördüm əzabı
Ah çəkib bağladım həmən kitabı!
ALLAH BÜTÜN ESGERLERIMIZI QORUSUN!!YA REBBIM BIZ BIR DILENCI GELMISIK SENIN QAPINA ÖZÜN BUYURMUSANKI "QAPINIZA GELEN DILENÇINI ELIBOS YOLA SALMAYIN" SENDE BIZI ELIBOS YOLA SALMA,DUALARIMIZI,IBADETLERIMIZI QEBUL ET..AMIN INSALLAH
red. aze (26.11 /05:47)
[cavab]
**Memo**
26 Noy 2013 / 10:06
Amin inwAllah.
[cavab]
*K_I_L_L_E_R*
26 Noy 2013 / 10:36
Aminnnn
[cavab]
aze
26 Noy 2013 / 15:54
**Memo**, Allah razı olsun
[cavab]
aze
26 Noy 2013 / 15:54
*K_I_L_L_E_R*, Allah razı olsun
[cavab]
Bölmeye qayıt
0.1706 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az