..::O bir müsəlman qadını::..

pol aze 26 Noy 2013 / 05:22
Uca Allah müsəlman qadını
əsrarəngiz olaraq yaratdı.
*Ona bütün həyatın ağır yükünü
daşıya biləcək qüvvət, fəqət
başqalarına təsəlli verə biləcək bir
zəriflik verdi.
*Ona doğumun verdiyi ağrı qədər,
bu ağrıya belə dəyməyən- nankor
övladının qəlbinə verdiyi ağrısına
rağmən, övladına bütün həyatını
bağışlaya biləcək bir sevgi verdi.
*Özgələrinin qüvvətinin tükəndiyi
zaman, ona tükənməyən əzm,
ailəsi xəstə olduğu zaman
yorğunluğunu unutduracaq bir
qüdrət verdi.
*Ona ərini bütün qüsurlarına
rağmən onu sevmək qüvvəti
verdi.
*Ona ərindən xoşagəlməz bir
cavab eşitdikdə, onun qəlbini
qırmamağı üçün gözəl bir
təbəssüm verdi.
*Ona ərinin onu çox sevdiyini,
fəqət bəzən onun səbrini
sınayacaq davranışlar göstərə
biləcəyini anlayacaq bir zəka verdi.
*Ona dərdli olduqda belə hislərini
biruzə verməyən və həyat
çətinlikləri qarşısında əyilməyəcək
bir məğrurluq verdi.
*Ona çətinliklər qarşısında yalnız
uca Allaha təvəkkül edən qəlb və
*Onu zikri ilə islaq qalan bir dil
verdi.
*Ona tək başına belə həyatın
bütün çətinliklərini dəf edəcək güc
və daim başını dik saxlaya biləcək
bir vüqar verdi.
*Və ona zəif və zərifliklərini
xatırlamaları üçün bir göz yaşı
bəxş etdi. Özlərinin sahib olduqları
ehtiyaclarından dolayı istifadə
edə bilmələri üçün sadəcə bir göz
yaşı...

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2361 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az