..::Amma men tanıyıram::..
aze
26 Noy 2013 / 05:18
Yaşlı bir bəy, səhər erkən evindən
çıxmış, yolda irəliləyərkən, bir
velosipedlinin deymesiyle yerə
diyirlənmiş və yüngül yaralanmış.
Küçədən keçənlər yaşlı bəyi dərhal
ən yaxın sağlamlıq vahidinə
çatdırmışlar.
Tibb bacıları, əvvəl sarğı etmişlər
və 'bir az gözləməsini və rentgen
çəkərək hər hansı bir qırıq və ya
çatlaq olub olmadığını
araşdıracaqları nı' söyləmişlər.
Yaşlı bəy narahatlanmış; "tələsiyi
olduğunu, rentgen istəmədiyini"
söyləmiş. Tibb bacıları maraqla
tələsiyinin səbəbini soruşmuşlar.
"yoldaşım qocalar evində qalır. Hər
səhər birlikdə nahar etməyə
gedərəm, gecikmək istəmirəm"
demiş.
"yoldaşınıza xəbər çatdırar
gecikəcəyinizi söyləyərik" dəyincə.
Yaşlı adam kədərli bir ifadə ilə "Çox
təəssüf ki arvadım Alzheimer
xəstəsi heç bir şey anlamır, hətta
mənim kim olduğumu dahi bilmir"
demiş.
Tibb bacıları heyrətlə "Madam sizin
kim olduğunuzu bilmir niyə hər
gün
onunla nahar etmək üçün
gedirsiniz?" deyə soruşmuşlar.
Adam qemli bir səslə
"Amma mən onun kim olduğunu
bilirəm" demiş.
[cavab]
Bölmeye qayıt