..::Maraqlı Hekayə::..

pol aze 26 Noy 2013 / 04:52
Çox qədim zamanlarda bir varlı
oğlan yaşayırdı. Günlərin bir günü
bu oğlan bir gənc qıza möhkəm
aşiq olur. Bir az keçəndən sonra
oğlan aşiq olduğu qıza evlənmək
təklifini verir. Lakin qızın bir
qüsuru var idi: onun bir əli şikəst
idi. Buna görə qızcığaz oğlandan
utanırdı və gecə-gündüz... Allaha
ona şəfa verməsini dua edirdi.
Mərhəmətlilərin ən mərhəmətlisi
olan Allah da onun dualarını qəbul
edir və möcüzə baş verir. Qızın
şikəst əli sağalır. Qız sevincək
halda oğlana razılığını bildirir və
onlar evlənirlər. Bir gün cavan
cütlük mehribancasına evlərində
nahar edirdilər. Bu zaman evin
qapısına bir dilənçi yaxınlaşır və
ev yiyələrindən ona yardım
etmələrini yalvarır. Bunu eşidən
kimi, qız iki dilim çörəyi götürüb
dilənçiyə vermək istəyir. Lakin əri
ona bunu etməyə icazə vermir. Qız
fikirləşir ki, əri xəsislik edir və
buna görə gözləri yaşla dolur. Elə
bu an əri ona belə deyir: «İki dilim
çörək çox azdır, ona bir qab dolu
yemək ver».
Qız sevincək yeməyi dilənçiyə
verəndə təəccübündən donub-
qalır. Çünki həmin şəxs onun
birinci əri idi. Bu insan vaxtilə çox
varlı, adlı-sanlı adam idi, lakin o
qədər xəsis idi ki, sonda dilənçilik
etmək məcburiyyətində qalır. Qız
yeməyi verib, bikef halda oturur
və həyat yoldaşına öz acı
hekayəsini danışır: «Birinci ərim
çox xəsis idi. Bir gün evdə tək
idim, bir dilənçi gəldi, mən də ona
bir toyuq verdim, içinə də qiymətli
üzüyümü qoydum. Ərim evə
qayıdanda bundan xəbər tutdu və
qəzəblənərək məndən boşandı,
hələ üstəlik, şəhərdən qovub əlimi
kəsdi». Bütün buna heyrətlə qulaq
asan oğlan dözməyib ağlayır. Qız
bunun səbəbini soruşanda, oğlan
belə deyir: «Üzüyü verdiyin həmin
dilənçi mən idim. Və məhz bu üzük
vasitəsilə mən varlandım».

[cavab]

pol CEKA21 26 Noy 2013 / 04:57
aze, sen bunlari hardan tapirsan

[cavab]

pol aze 26 Noy 2013 / 05:10
CEKA21, Allah razı olsun,internetden

[cavab]

pol **Memo** 26 Noy 2013 / 10:09
super

[cavab]

pol reshid11 26 Noy 2013 / 10:50
maraqlidir

[cavab]

pol aze 26 Noy 2013 / 15:52
**Memo**, Allah razı olsun

[cavab]

pol aze 26 Noy 2013 / 15:53
reshid11, Allah razı olsun

[cavab]

pol *K_I_L_L_E_R* 26 Noy 2013 / 18:35
obaaaaaaaaaaaa superdi

[cavab]

pol aze 26 Noy 2013 / 18:41
*K_I_L_L_E_R*, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2257 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az