..::Dəstəmaz Nədir?::..
aze
25 Noy 2013 / 23:57
Şübhəsiz ki, dəstəmazın iki
faydası var: mənəvi fayda
və gigiyenik (sağlamlığa
təsirli) qayda. Gigiyenik
baxımdan gündə beş dəfə
və ya üç dəfə üzün və
əllərin yuyulması insanın
təmizliyinə böyük təsir
göstərir. Suyun tüklərə və
dəriyə çatması şərti ilə
başa və ayaqlara məsh
çəkilməsi həmin üzvləri də
pak saxlamağımıza səbəb
olur. Dəstəmazın mənəvi
təsirləri də var. Bu iş Allaha
yaxınlaşma məqsədi ilə
yerinə yetirildiyindən
insanın ruhuna tərbiyəvi
təsir göstərir. Dəstəmaz
ümumi şəkildə insanın
başdan başlamış ayağadək
Allaha itaət yolunda
hərəkətini bəyan edir.
Fəzl ibn Şazan nəql edir ki,
imam Riza (ə)
buyurmuşdur: “Dəstəmaz
və ona hazırlıq
göstərişinin səbəbi
bəndənin zəvvar Allah
hüzurunda minacat zamanı
paklığı, zahirən istənilən
bir çirkinlikdən uzaqlığı,
yuxulu vəziyyətdən
çıxması, Allah qarşısında
pak-pakizə bir qəlblə
dayanmasıdır.”
Allah-taala “Maidə”
surəsində dəstəmaz, qüsl,
təyəmmüm və onların
yerinə yetirilmə qaydası
haqqında məlumat
verdikdən sonra buyurur:
“Allah sizə çətinlik
yaratmaq yox, sizi
paklamaq istəyir.”
Bu zahiri paklıq insanın
ruhi paklığı ilə müşayiət
olunur. Söhbətimizin bu
məqamında uyğun
təsirlərdən bəzilərini
nəzərdən keçiririk.
Dəstəmazın təsirləri və
nəticələri
1. Nuraniyyət yaranması:
Məsumlardan nəql olunmuş
bir sıra hədislərdən aydın
olur ki, dəstəmaz, qüsl və
təyəmmüm sayəsində əldə
olunmuş paklıq insanın
vücuduna bir növ
nuraniyyət, səfa verir.
Həzrət Peyğəmbər (s)
buyurur: “Mən qiyamət
günü öz ümmətimi
onlardakı dəstəmaz
nişanəsindən tanıyaram.”
Həzrət Peyğəmbərdən nəql
olunmuş digər bir hədisdə
buyurulur: “Mənim
ümmətim dəstəmazın
təsirindən qiyamət günü
məhşər səhnəsinə üzü ağ
gələrlər.”
Bu səbəbdən də dini
rəhbərlər buyururlar ki,
dəstəmazlı insanın da
yenidən dəstəmaz alması
müstəhəbdir. İmam Sadiq
(ə) buyurur: “Bir şəxs
təharətli (dəstəmazlı
olduğu halda onu
təzələyərsə on savab
qazanar.”[9] Digər bir
rəvayətdə buyurulur:
“Dəstəmazlı ikən yenidən
dəstəmaz almaq nur
üzərinə nur gətirmək
kimidir.”
2. Allahın sevimlisi olmaq:
Qurani-kərimdə buyurulur
ki, Allah tövbəkarları sevir,
pak-pakizə dostları da dost
tutur.
3. Ömrün uzunluğu və
şəhid mükafatının əldə
olunması: İslam
peyğəmbəri (s) Ənəsə
buyurur: “Ey Ənəs! Daim
təharətli ol ki, Allah sənin
ömrünü uzatsın. Əgər gün
uzunu təharətli qala
bilirsənsə, belə et.
Həqiqətən, əgər təharətli
halda ölsən, dünyadan
şəhid kimi gedərsən.”
4. Ruzinin artımı: Bir şəxs
İslam peyğəmbərinə (s)
ruzisinin azlığından
şikayətləndi. Həzrət (s)
buyurdu: “Daim təharətli
ol ki, ruzin davamlı olsun,
artsın.” Həmin şəxs
Peyğəmbərin (s)
göstərişinə əməl edib ruzi
çətinliyindən qurtuldu.
[cavab]
aze
25 Noy 2013 / 23:58
5. Günahların yuyulması:
Bəzi rəvayətlərdən məlum
olur ki, hətta dəstəmazlı
halda dəstəmaz almaq
insanın kəbirə günahları
istisna olmaqla digər
günahlarını yuyur. Allah-
taala həmin şəxs tövbə
etməmiş Allah onun
tövbəsini təzələyir.”
6. Abidlərin savabına
çatmaq: Həzrət Peyğəmbər
(s) buyurur: “Bir şəxs
təharətli halda yatarsa,
yatağı onun üçün məscid
məqamında olar.”
7. İstəklərin həyata
keçməsi: İmam Sadiq (ə)
buyurur: “Bir şəxs
dəstəmazı olmadığı halda
Allahdan bir şey istəsə və
duası qəbul olmasa, özünü
danlasın.”
Namazın düzgünlüyü və
qəbulunda dəstəmazın
böyük rolu var. Bu
səbəbdən də rəvayətlərdə
qeyd edilir ki, dəstəmazsız
namaz qəbul deyil. Amma
bu o demək deyil ki,
dəstəmaz yalnız namaz
üçündür. Çox-çox
bəyənilmişdir ki, insan
bütün hallarda dəstəmazlı
olsun. İnsanın yatarkən,
məscidə daxil olarkən,
Quran oxuyarkən
dəstəmazlı olmasının
əhəmiyyətli təsiri var.
Dəstəmazın yerinə
yetirilmə qaydası
Dəstəmazı iki şəkildə,
irtimasi və tərtibi şəkildə
almaq olar. Kitabımızın
həcmini nəzərə alaraq
tərtibi dəstəmaz haqqında
danışmaqla kifayətlənirik.
Tərtibi dəstəmazda
dəstəmaz niyyəti etdikdən
sonra hər dəstəmaz
üzvünə su axıtmaq
lazımdır. Su üzə yuxarıdan
aşağıya bu şəkildə axıdılır:
a) Öncə üzüyumaq niyyəti
ilə suyu alının yuxarısına,
tükbitən yerə tökürlər. Əli
su ilə birlikdə yuxarıdan
aşağıya çəkirlər.
Dəstəmazda üzün vacib
yuyulma ölçüsü tük bitən
yerdən çənəyədəkdir.
Eninə ölçü orta barmaqla
baş barmaq arası qədərdir.
Əgər deyilən ölçülərə əməl
olunmasa dəstəmaz
batildir. İnsan dəstəmazı
düzgün aldığına əmin
olmaq üçün bir qədər artıq
hissəni yusa yaxşıdır.
b) Sonra sağ əl dirsəkdən
barmaqların ucunadək
yuyulur. Aşağıdan
yuxarıya yuyularsa
dəstəmaz batildir. Deyilən
yerin yetərincə
yuyulduğuna əmin olmaq
üçün suyu bir qədər
yuxarıdan tökmək
lazımdır. Sonra eyni qayda
ilə sol əl yuyulur.
v) Sonra dəstəmaz
suyunun ovucda qalmış
təri ilə başın alına doğru
dörddə bir hissəsinə məsh
çəkilir. Başın qabağına
bütünlüklə məsh çəkmək
vacib deyil. Onun hansı
hissəsinə məsh çəkilərsə
kifayət edər. Vacib
ehtiyata əsasən başa sağ
əllə məsh çəkilir. Vacib
ehtiyata əsasən məsh
yuxarıdan aşağıya ən azı
üç barmaqla başın qabaq
hissəsinə çəkilir.
q) Başa məsh çəkildikdən
sonra ovucda qalmış
dəstəmaz təri ilə sağ ayağa
barmaqların başından
ayağın qılçaya dikələn
hissəsinədək məsh çəkilir.
Müstəhəb ehtiyat budur ki,
topuğadək məsh çəkilsin.
Vacib ehtiyata əsasən ən
azı birləşmiş üç barmaqla
məsh çəkilməlidir. Daha
yaxşı olar ki, əlin bütöv içi
ilə məsh çəkilsin. Baş
barmaq üzərinə məsh
çəkilməsi vacib deyil.
Başqa barmaqlardan da
başlanılsa və ayağın
dikilən yerinə qədər
davam etsə bəs edər.
d) Eyni qayda ilə sol ayağa
[cavab]
aze
25 Noy 2013 / 23:59
d) Eyni qayda ilə sol ayağa
məsh çəkilir.
Sual: Üz hansı əllə
yuyulmalıdır?
Cavab: Dəstəmazda üzü
sağ və ya sol, eləcə də hər
iki əllə yumaq olar. Əgər su
yuxarıdan aşağıya
axmaqla üzün vacib olan
hissəsini əhatə edərsə,
əlavə əl çəkməyə ehtiyac
yoxdur.
Sual: Burun və gözlərin
içini yumaq vacibdirmi?
Cavab: Burunun daxilini,
dodaqlar və göz
yumularkən onların
görünməyən hissəsini
yumaq vacib deyil. Amma
vacib buyurulmuş hissənin
yuyulmasına əmin olmaq
üçün sadalanan hissələri
də bir qədər yumaq
yaxşıdır. Ehtimal olunsa ki,
hansısa bir çirk və ya
başqa şey başlara, gözün
kənarlarına və dodaqlara
suyun çatmasına mane
olur, dəstəmazdan öncə
araşdırma aparmaq, həmin
maneələri aradan
qaldırmaq lazımdır.
Sual: Əgər bir şəxsin əlləri
kiçik, üzü böyüksə (və ya
əksinə) eləcə də başının bir
hissəsində tük yoxsa (ya
da alnının bir hissəsində
tük bitmişsə) dəstəmazda
üzünü hansı həddə
yumalıdır?
Cavab: Adi insanlar üzünü
necə yuyursa, o da elə
yusun.
Sual: Üzü yumazdan öncə
əllərin yuyulması
dəstəmazdan sayılırmı?
Cavab: Xeyir dəstəmazda
üz yuyulmazdan öncə
əllərin yuyulması
dəstəmazdan sayılmır.
Diqqətli olmaq lazımdır ki,
dəstəmazda əllər
dirsəkdən barmaqların
ucunadək yuyulur.
Dəstəmazdan öncə əllərin
yuyulması ilə
kifayətlənmək olmaz və
kim belə edərsə dəstəmazı
batildir.
Sual: Əgər bir şəxs əllərini
isladıb üzünə və qollarına
çəkərsə, dəstəmazı
düzgündürmü?
Cavab: Əgər əldəki yaşlıq
elə bir miqdarda olsa ki,
üzə və əllərə çəkiləndə su
axsın, eləcə də bu iş xalqın
nəzərində yumaq sayılsın,
eybi yoxdur.
[cavab]
aze
26 Noy 2013 / 00:01
Sual: Ayaqlara məsh
çəkmək üçün bütün əli
ayağın üzərinə qoyub azca
hərəkət etdirmək bəs
edərmi?
Cavab: Bəli. Belə etmək
olar.
Sual: Baş və ayaqlara məsh
çəkərkən əli hərəkətsiz
saxlayıb başı və ayaqları
hərəkət etdirmək olarmı?
Cavab: Xeyir. Bu şəkildə
yerinə yetirilmiş məshin
düzgünlüyünə iradlar var.
Sual: Corab və ya
ayaqqabının üzərindən
ayaqlara məsh çəkmək
olarmı?
Cavab: Xeyir. Yalnız
şiddətli soyuq, oğru,
yırtıcı, düşmən
qorxusundan ayaqqabı və
ya ayaqları çıxarmaq
mümkün olmadıqda
onların üzərindən məsh
çəkmək olar.
Sual: Əgər dəstəmaz üzvləri
dəstəmazdan öncə
yaşdırsa, dəstəmazdan
öncə onları qurulamaq
vacibdirmi?
Cavab: Üz və əllərin yaş
olmasının eybi yoxdur.
Amma başa və ya ayaqlara
məsh çəkməzdən öncə
onlar quru olmalıdır.
Onlardakı yaşlıq əldəki
yaşlığı təsirsiz həddə
edəcək olarsa, məsh
batildir. Amma azca
rütubətin eybi yoxdur.
Sual: Sol ayağa sağ
ayaqdan qabaq məsh
çəkmək olarmı?
Cavab: Vacib ehtiyata
əsasən bu iş caiz sayılmır.
Dəstəmazın şərtləri
Dəstəmazın düzgün olması
üçün müəyyən şərtlərə
riayət etmək lazımdır.
1. Dəstəmaz suyu pak
olsun. Murdar su ilə alınan
dəstəmaz batildir.
2. Dəstəmaz suyu saf
olsun. Meyvə suyu, gülab
kimi bulaşıq sularla alınan
dəstəmaz batildir.
3. Dəstəmaz suyu,
dəstəmaz alınan yer qəsbi
olmamalıdır.
4. Dəstəmaz üçün istifadə
edilən qab qəsbi olmamalı,
qızıl-gümüşdən
düzəldilməməlidir.
5. Dəstəmaz üzvləri
dəstəmazda yuyulub məsh
çəkərkən pak olmalıdır.
6. Dəstəmaz üçün kifayət
qədər vaxt olmalıdır. Əgər
vaxt az olarsa, dəstəmaz
alınacağı təqdirdə namazın
vaxtı keçərsə, dəstəmaz
əvəzinə təyəmmüm
edilməlidir.
7. İnsan Allahın əmrini
yerinə yetirmək, Ona
yaxınlaşmaq məqsədi ilə
dəstəmaz almalıdır. Özünü
göstərmək, sərinləşmək,
bu kimi qeyri-ilahi
məqsədlərlə alınan
dəstəmaz batildir.
8. Dəstəmazda tərtibi
gözləmək, məsələn,
əvvəlcə üzü, sonra əlləri
yumaq, əvvəlcə başa,
sonra ayaqlara məsh
çəkmək lazımdır. Əks
təqdirdə dəstəmaz batildir.
[cavab]
aze
26 Noy 2013 / 00:02
9. Dəstəmazdakı işlər
fasiləsiz yerinə
yetirilməlidir. Dəstəmaz
zamanı elə bir fasilə
yaratmaq olmaz ki,
ətrafdakılar insanın
dəstəmaz almadığını
düşünsünlər.
10. Dəstəmaz əməllərini
yerini yetirməyə qadir
insan bu işləri özü
görməlidir. Əgər insanın
üzünü və qollarını başqa
biri yuyarsa və ya bu
işlərdə ona kömək edilərsə
dəstəmaz batildir.
11. Dəstəmaz insana zərərli
olmamalıdır. Dəstəmaz
zərərlidirsə təyəmmüm
etmək lazımdır.
12. Dəstəmaz üzvlərində
qır, boya, yapışqan kimi
suya mane olacaq şeylər
olmamalıdır. Dəstəmazdan
öncə bu qəbil maneələri
təmizləmək lazımdır.
Hansı işlərdən qabaq
dəstəmaz almaq vacibdir?
Müəyyən işlərdən öncə
dəstəmaz almaq vacibdir:
1. Bütün müstəhəb və
vacib namazlar üçün;
2. Allah evinin vacib təvafı
üçün;
3. Dəstəmaz alınması ilə
bağlı and içildikdə, nəzir və
ya əhd edildikdə;
4. Əgər bir şəxs and içərsə
və ya nəzir, əhd edərsə ki,
bədəninin hansısa bir
hissəsini Qurana
toxundursun, onun
dəstəmaz alması vacibdir.
Məsələn, murdarlanmış
Quran suya çəkildikdə
bədən ona
toxunduğundan, dəstəmaz
almaq lazımdır.
Dəstəmazı batil edən işlər
Sidik və ya nəcisə getmək,
insandan yel xaric olması,
gözün görməməsi və
qulağın eşitməməsi ilə
müşayiət olunan yuxu,
qüsl tələb edən işlərin
görülməsi, vacib ehtiyata
əsasən məstlik kimi ağılı
işdən saxlayan işlər
dəstəmazı batil edir.
Sual: Dəstəmaz
tamamlanmamışdan öncə
və ya ondan sonra
dəstəmazda yuyulmuş
bədən üzvlərindən biri
murdarlanarsa, dəstəmaz
batil olarmı?
Cavab: Dəstəmaz batil
olmaz, amma həmin üzvü
suya çəkmək lazımdır.
Bədənin dəstəmaza aid
olmayan üzvləri də
murdarlandıqda suya
çəkilməlidir. Əgər insan
ayaqyolundan sonra sidik
və nəcis çıxacağını suya
çəkməzsə, vacib ehtiyata
əsasən öncə onları suya
çəkməli, sonra dəstəmaz
almalıdır.
Sual: İnsanın dəstəmazla
bağlı niyyəti dilə gətirib,
“Allaha yaxınlaşmaq üçün
dəstəmaz alıram”
söyləməsi vacibdir?
Cavab: Dəstəmazın,
namazın, təyəmmümün,
qüslün və bu kimi işlərin
niyyətini dilə gətirmək
vacib deyil. Əgər insan nə
iş gördüyünü bilirsə, bəs
edər. Əgər dəstəmazın
gedişində ondan nə iş
gördüyünü soruşsalar,
“dəstəmaz alıram” söyləyə
bilməlidir.
Sual: Dəstəmaz gedişində
yol yerimək olarmı?
Məsələn, üz və əlləri
yuduqdan sonra bir neçə
addım atıb baş və ayaqlara
məsh çəkmək
mükündürmü?
Cavab: Eybi yoxdur.
Sual: Əgər diyircəkli
qələmin boyası və ya baş
rəngi bədən üzvündə
qalmışsa, bu halda
dəstəmaz almaq olarmı?
Cavab: Əgər rəng təkcə
rəngdirsə və maddə
şəklində deyilsə (qat
kəsməmişsə) suyun bədən
üzvlərinə çatmasına
maneçilik törətməyəcəyi
təqdirdə eybi yoxdur.
[cavab]
aze
26 Noy 2013 / 00:02
Sual: Əgər bir şəxs
dəstəmaz aldıqdan sonra
onun batil olub-olmadığına
şəkk edərsə, vəzifəsi
nədir?
Cavab: Qəbul etməlidir ki,
dəstəmaz alıb. Amma əgər
dəstəmaz alıb-almadığına
şübhə edərdisə, dəstəmaz
almadığını qəbul etməlidir.
"Yeniyetmələr üçün yol
azuqəsi"
Nasir Mukari
[cavab]
M_e_r_k_a_d_e_r
26 Noy 2013 / 01:48
ALLAH RAZI OLSUN
[cavab]
aze
26 Noy 2013 / 01:54
M_e_r_k_a_d_e_r, Allah size yar olsun
[cavab]
Bölmeye qayıt
0.1313 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az