..::Quranın Hökmləri::..

pol aze 25 Noy 2013 / 17:38
1. Quran yazılarını murdarlamaq
haramdır. Əgər onun yazıları
murdarlanarsa, dərhal suya
çəkilməlidir. Əgər Quranın yazı
olmayan hissələri və cildi
murdarlanarsa və bu murdarlıq
Qurana hörmətsizlik sayılarsa, onu
suya çəkmək lazımdır.
2. Bədənin istənilən bir yeri ilə
Quran yazılarına, Allahın adlarına
təharətsiz, dəstəmazsız toxunmaq
haramdır.
3. Quran oxunarkən ətrafdakılarla
söhbətdən çəkinmək, onu
dinləmək lazımdır. Əgər həmin
söhbət Qurana hörmətsizlik
sayılarsa, caiz deyil. Amma Quran
oxunan vaxt insandan bir söz
soruşulsa, cavab verə bilər.
Sual: Quranı qan və leş kimi
murdarların üzərinə qoymaq
olarmı?
Cavab: Bu iş haramdır. Hətta həmin
murdar şey qurudursa da, bu işi
görmək olmaz. Quranı murdar
şeyin üzərindən götürmək
vacibdir.
Sual: Quranı kafirlərin, məsihi və
yəhudi kimi kitab əhlinin əlinə
vermək olarmı?
Cavab: Əgər onun murdarlanmaq
və hörmətsizliyə məruz qalmaq
qorxusu yoxsa, qarşı tərəfin
hidayəti məqsədi ilə bu işi görmək
olar. Bir şərtlə ki, onlar həqiqətən
də, Qurandan bəhrələnmək
istəsinlər.
Sual: Murdar cövhərlə Quran
yazmaq olarmı?
Cavab: Bu iş haramdır. Həmin
yazını məhv etmək lazımdır.
Sual: Quran ayələri və Allahın
adlarını dəstəmazsız yazmaq
olarmı?
Cavab: Əgər bədən həmin yazıya
toxunmazsa, eybi yoxdur.
Sual: İnsan Quran yazılmış
kasetlərə dəstəmazsız toxuna
bilərmi?
Cavab: Eybi yoxdur. Bir şərtlə ki,
bu iş hörmətsizlik sayılmasın.
Lövhəyə Quran yazarkən yerə
tökülən tozlara da dəstəmazsız
toxunmaq olar.
Sual: Quranın tərcüməsinə
dəstəmazsız toxunmaq olarmı?
Cavab: Quranın istənilən bir dildə
tərcüməsinə dəstəmazsız
toxunmaq olar. Amma Allahın
istənilən bir dildə yazılmış adları və
sifətlərinə vacib ehtiyata əsasən
dəstəmazsız toxunmaq haramdır.
Sual: Dəstəmazsız halda
məsumların adına toxunmaq
olarmı?
Cavab: Müstəhəb ehtiyata əsasən,
bu iş görülməməlidir. Belə bir
hərəkət məsumlara hörmətsizlik
sayılarsa, haram olar. Dünyaya
gələn insana məsumların adı
qoyularsa, həmin adların yazısına
dəstəmazsız toxunmaq olar.
Sual: Uşaqların, psixi xəstələrin
Qurana toxunmasının qarşısını
almaq vacibdirmi?
Cavab: Əgər onların Qurana
toxunması hörmətsizlik
sayılmazsa, mane olmaq vacib
deyil.
Sual: Quran oxunan zaman
danışmaq olarmı?
Cavab: Quran oxunan vaxt
söhbətdən çəkinib onu dinləmək
yaxşıdır. Əgər ətrafdakılar bir şey
soruşarsa, onlara cavab verməyin
eybi yoxdur.

[cavab]

pol Piryanka 25 Noy 2013 / 19:49
Allah razi olsun

[cavab]

pol aze 25 Noy 2013 / 19:53
Piryanka, Allah size yar olsun

[cavab]

pol DOSTLAR@ 25 Noy 2013 / 20:23
Allah razı olsun

[cavab]

pol VIP_AZERBAIJAN 25 Noy 2013 / 21:54
Soruwmaq ayib olmasin destamaz nedi?
red. VIP_AZERBAIJAN (25.11 /21:57)

[cavab]

pol aze 25 Noy 2013 / 23:49
DOSTLAR@, Allah size yar olsun

[cavab]

pol aze 25 Noy 2013 / 23:49
VIP_AZERBAIJAN, mövzu açacam oxuyarsan destemaz haqqında

[cavab]

pol CEKA21 26 Noy 2013 / 00:00
aze, Allah razi olsun qardas

[cavab]

pol aze 26 Noy 2013 / 00:08
CEKA21, Allah sene yar olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.169 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az