dünya Ramiz Rövşən

pol L_SimuS 25 Noy 2013 / 03:45
Mənim balam bu dünyayla oynama,
Sən cavansan dünya qoca dünyadı.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir dünya necə dünyadı...

Ömrə, günə etibar yox əzəldən,
Bir də dönüb yarpaq olmaz xəzəldən,
Beşiyindən bizə tabut düzəldən
Bələyindən kəfən tikən dünyadı.

Kim nə anlar bu zalımın işindən,
Çoxlarını keçiribdi dişindən,
Möhkəm yapış papağından, başından,
Başdan papaq alıb qaçan dünyadı.

[cavab]

pol Mr_PsiXxX 25 Noy 2013 / 04:25
ehsen -

[cavab]

pol CEKA21 25 Noy 2013 / 04:44
L_SimuS, cox super kimin seiridi???

[cavab]

pol L_SimuS 25 Noy 2013 / 16:52
CEKA21, Ramiz Rövşənin :)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2174 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az