..::Imamın Əmrinə::..

pol aze 25 Noy 2013 / 03:12
«Ölüm mələyi İmamın əmrinə
tabedir»
Ayətullah Cəzayiri deyir ki:
Uşaq vaxtı əlacsız bir xəstəliyə
tutulmuşdum və halım çox pis idi.
Artıq ölüm əlamətləri məndə
görünürdü. Bu elə bir vaxtda idi ki,
Kazimeyndə çoxlu möcüzələr baş
verir və hər gün yüzlərlə xəstə
şəfa tapırdı.
Anam gedib evindəki
hüseyniyyədə fəryad etdi:
Ey Musa ibn Cəfər, Babul-həvaec
(dərdlərin dərmanı). Sizin kəramət
və möcüzələriniz təkcə sizin
hərəminizə aiddirmi? Edə
bilməzsiniz ki, Hindistana gəlib
mənim ölüm ayağında olan
uşağıma şəfa verəsiniz? Bunu
deyərək özünü döyüb ağlayırdı.
Atam Müfti Seyyid Məhəmməd Əli
Cəzayiri deyir:
Həmin vaxt mən yuxuda gördüm
çox hündür və uca boylu ayağı
yerdə, başı isə göylərə dəyən bir
şəxs mənim yatağıma tərəf gəlir.
Dedim:
Siz kimsiniz? Dedi:
Mən ölüm mələyiyəm, gəlmişəm bu
uşağı özümlə aparam. Dedim:
Məgər anasının fəryad səsini
eşitmirsən? O bu uşağı Babul-
həvaicə zəmanət verib. Dedi:
Artıq faydası yoxdur. Çünki ömrü
sona yetib.
Elə bu vaxt mən əl-ayağa düşüb,
özümü itirdim. Yuxuda çağırdım:
Ey Musa ibn Cəfər! Ey Babul-
Həvaec! Bizim dadımıza çat! Elə
həmin vaxt gördüm ki, bir nurani
şəxs mənim yatağımla Ölüm
mələyi arasında göründü. Ölüm
mələyi onu görən kimi yerində
dayanıb, salam verdi. Həmin
nurani şəxs dedi:
Nə üçün gəlmisən?
Ölüm mələyi dedi:
Bu uşağı qəbze-ruh etmək üçün.
Çünki ömrü sona çatıb. Dedi:
Qayıt, çünki mən Allah-təaladan bu
uşaq üçün artıq ömür istəmişəm.
Bu yuxudan sonra atam yuxudan
oyandı. Amma anam hələ də
hüseyniyyədə ah-nalə edirdi.
Anamı çağırıb dedi:
Üzümə örtülən parçanı çəkəndə
məni qıvraq və sağlam gördülər.
Üz-gözümün rəngi açılmış və halım
yaxşılaşmışdı.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.156 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az