..::Fəqir-Miskin::..

pol aze 25 Noy 2013 / 02:57
Fəqirlə miskin arasında fərq
varmı?
Cavab: Təfsirçilərin fikirincə fəqir
o şəxsdir ki, dolanışıq çətinliyi olsa
da, işsiz deyil və kimsəyə ağız
açmır. Miskin isə, böyük ehtiyac
içində olan işsiz bir insandır və bu
səbəbdən də, ağız açmağa
məcburdur. Miskin sözünün lüğəti
mənası, fəqirliyin təsirindən
dayanmış kəsdir. Bu məna Qurani-
kərimdə də təsdiq olunur. «Bələd»
surəsinin 16-cı ayəsində «torpağa
sərilmiş miskin» ifadəsi ilə
rastlaşırıq. Müxtəlif ayələrdə
miskinin doyurulması haqqında
verilən göstərişlər bir daha sübut
edir ki, miskinlər hətta bir qarın
çörəyə möhtac olan aclardır.
Hansı ki, fəqir dedikdə, maddi
çətinliyə düşmüş, lakin heç zaman
kimsəyə əl açmayan insanlar
nəzərdə tutulmalıdır. Belə şəxslər
haqqında «Bəqərə» surəsinin 273-
cü ayəsində buyurulur: «Belə
şəxslər həyalı olub, dilənçilikdən
çəkindiklərinə görə, nadanlar
onları dövlətli hesab edirlər».
İmam Sadiqdən (ə) fəqir və miskin
haqqında soruşulanda, Həzrət (ə)
belə buyurdu: «Fəqir əl açmayan
şəxsdir. Miskinin isə, halı ondan da
ağır olduğu üçün xalqa əl açır» .

[cavab]

pol CEKA21 25 Noy 2013 / 03:00
aze, Allah razi olsun hemiseki kimi ela

[cavab]

pol aze 25 Noy 2013 / 03:21
CEKA21, Allah sene yar
olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.139 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az