..::Zəkat nədir?::..
aze
25 Noy 2013 / 02:53
Zəkat nədir?
Cavab: İslam təkcə etiqad və əxlaq
məsələləri ilə məşğul olan məktəb
deyildir. Bu din öz ardıcıllarının
mənəvi sağlamlığını təmin etməklə
yanaşı, onların iqtisadi
problemlərini də həll edir. İlkin
İslam dövründən başlayaraq, bu
günə qədər ehtiyaclı təbəqənin
mənafeləri müdafiə olunmuşdur.
həmin təbəqənin ehtiyaclarının
ödənilməsi üçün nəzərdə tutulan
ən mühüm tədbirlərdən biri,
zəkatdır.
Şəksiz ki, bütün cəmiyyətlərdə iş
qabiliyyətini itirmiş şəxslər,
xəstələr, yetimlər, əlillər
mövcuddur. Bu insanların
himayəyə ehtiyacı vardır. Əgər
cəmiyyətdə zəkat ödəməyə
vəzifəli olan imkanlılar uyğun
vergini ödəyərlərsə, ehtiyaclıların
ətrafdakılara əl açmasına lüzum
qalmaz. İmam Sadiq (ə) buyurur:
«Bütün xalq malının zəkatını
ödəyərsə, bir dənə də olsun fəqir
müsəlman qalmaz. İnsanlar yalnız
varlıların günahından ac, çılpaq,
evsiz-eşiksiz qalır» . Elə bu
səbəbdən də, İslamda zəkat vacib
buyurulmuşdur: «Onların
mallarından zəkat al»
{Tövbə» surəsi, ayə 103} .
Lakin zəkat hamı üçün vacib
deyildir. Zəkatı vacib edən, zəkat
veriləcək şeyin miqdarının «nisab»
deyilən həddə çatmasıdır. On şey
nisab həddinə çatdıqda, zəkat
verilməlidir: dəvə, inək, qoyun,
buğda, xurma, arpa, kişmiş, qızıl,
gümüş, fitrə (bədənin zəkatı).
Məsələn, beş dəvəyə bir qoyun,
otuz inəyə bir baş iki yaşa girmiş
dana, qırx qoyuna bir qoyun zəkat
ödənilməlidir. Say artıqca, zəkatın
miqdarı dəyişə bilər. Məsələn,
qoyunun sayı üç yüz biri aşarsa,
hər yüz qoyundan biri zəkat
verilir.
[cavab]
Bölmeye qayıt
0.1834 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az