..::Şiə Kimdir?::..

pol aze 24 Noy 2013 / 06:48
Şiə dedikdə kim nəzərdə tutulur?...
Cavab: “Şiə” ərəb lüğətində “ardıcıl
(tərəfdar)” mənasını daşıyır.
Qurani Kərim buyurur:
ﻭَ ﺍِﻥَّ ﻣِﻦْ ﺷِﻴﻌَﺘِﻪِ ﻟَﺎِﺑْﺮَﺍﻫِﻴﻢَ
Ərəbcə oxunuşu: "Və innə min
şiə`tihim-il İbrahim"
“Onun (Nuhun) ardıcıllarından
biri İbrahimdir.”
Müsəlmanların istilahında isə “şiə”
sözü Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in
öz vəfatından öncə müxtəlif
münasibətlərlə əlaqədar olaraq
müsəlmanlara xəlifə təyin
etməsinə inanan şəxslərə aid edilir.
Bu münasibətlərdən biri də
“Qədir günü” adı ilə məşhur olan
(hicrətin 10-cu ili, zil-həccənin 18-i)
gündür ki, bu gündə Peyğəmbəri
Əkrəm (s.ə.v.v) böyük bir
cəmiyyətin iştirak etdiyi
yığıncaqda bu məsələni bəyan
etmiş və Əli (ə)-ı özündən sonra
müsəlmanların siyasi, elmi və dini
rəhbəri kimi təyin etmişdir.
İzah: Peyğəmbəri Əkrəm (s.ə.v.v)-
dən sonra mühacir və ənsar iki
dəstəyə bölündü:
1-Bəziləri inanırdılar ki,
Peyğəmbəri Əkrəm (s.ə.v.v) xilafət
məsələsinə ciddi şəkildə
əhəmiyyət vermiş və özü üçün
canişin təyin etmişdir, o da
Peyğəmbər (s.ə.v.v)-ə iman gətirən
ilk şəxs – Əliyyibni Əbi Talib (ə)-dır.
Başlarında Bəni-Haşimin bütün
böyük şəxsiyyətləri olmaqla
mühacir və ənsardan təşkil olunan
bir qrup səhabə, o cümlədən
Salman, Əbuzər, Miqdad, Xəbab ibni
Ərrət və s. kimi şəxslər olan bu
qrup elə həmin əqidədə qaldılar və
“Əli şiələri” adlandırıldılar .
Əlbəttə, bu ləqəbi (şiə) Peyğəmbəri
Əkrəm (s.ə.v.v) öz sağlığında
Əmirəl-möminin Əli (ə)-ın
ardıcıllarına vermişdi. Belə ki, Əli
(ə)-a işarə edərək buyurdu:
ﻭَ ﺍﻟَّﺬِﻱ ﻧَﻔْﺴِﻲ ﺑِﻴَﺪِﻩِ ﺍِﻥَّ ﻫﺬَﺍ ﻭَ ﺷِﻴﻌَﺘَﻪُ
ﻟَﻬُﻢُ ﺍﻟْﻔَﺎﺋِﺰُﻭﻥَ ﻳَﻮْﻡَ ﺍﻟْﻘِﻴَﺎﻣَﺔِ
“Canım əlində olana (Allaha) and
olsun ki, bu (Əli) və onun ardıcılları
qiyamət günündə nicat
tapanlardır.”
Deməli “şiə” islamın ilk
əvvəllərində vilayət və rəhbərlik
məqamının Allah tərəfindən təyin
olunmasının etiqad bəsləyən bir
qrup müsəlmandır, onlar indiyə
qədər də Peyğəmbər (s.ə.v.v) Əhli-
beytinin ardıcılları olan və onların
yolunda qalan şəxslərdir.
Şiənin məqam və mövqeyi həmin
yollarla müəyyən olunur. Bununla
da bəzi cahillərin və ya qərəzli
şəxslərin şiələrin sonrakı dövrlərdə
yarandığını iddia etmək əsasında
olan sözlərinin tam əsassız olması
aydınlaşır. Şiə tarixini daha geniş
şəkildə araşdırmaq üçün “Əsluş-şiə
və üsuluha”, “Əl-müraciat,
“Əyanuş-şiə” kitablarına müraciət
edə bilərsiniz.
2-Digər bir qrup inanırdı ki, xilafət
məqamı seçki yolu ilə olan bir
məqamdır. Buna görə də Əbu
Bəkrlə beyət etdirlər və sonralar
“Əhli-sünnət”, yaxud “Əhli-
təsənnün” ləqəbi aldılar. Nəticə
etibarı ilə hər iki islam firqəsi
arasında üsuli-dində çoxlu
müştərək cəhətlərə malik olmaqla
yanaşı, xilafət və Peyğəmbəri
Əkrəm (s.ə.v.v)-in canişinliyi
məsələsi ilə əlaqədar ixtilaf
yarandı, hər iki qrupun ilkin
özəyini təşkil edənlər də mühacir
və ənsar idi...

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.209 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az