..::Isa(ə) Allahın oğludurmu?::..

pol aze 24 Noy 2013 / 03:09
İsa (ə) Allahın oğludurmu?
Cavab: Müasir dövrümüzdə
xristian dünyasının əksəriyyəti
İsanı (ə), həqiqətdə, Allahın oğlu
kimi tanıyır və onu «Allahın oğlu»
adlandırırlar. İlkin İncildən köklü
şəkildə fərqlənən bu günkü
İncillərdə, İsanın (ə) Allahın həqiqi
oğlu olduğu açıq-aşkar iddia edilir.
Qurani-kərimdə İsanın (ə) özünün
belə bir iddiada olmadığı bildirilir.
İsa (ə) özünü yalnız Allahın
peyğəmbəri kimi təqdim etmişdir.
Ümumiyyətlə, «ata Allah», «oğul
Allah», hətta «ana Allah» kimi puç
və əsassız inamlar, qədim hind və
çin bütpərəstliyinə xasdır.
«Tövbə» surəsinin 31-ci ayəsində
bu barədə deyilir: «Onlar Allahı
qoyub, alimlərini və rahiblərini,
Məryəm oğlu Məsihi özlərinə tanrı
etdilər. Halbuki, onlara ancaq bir
olan Allaha ibadət etmək əmr
olunmuşdu. Ondan başqa heç bir
Tanrı yoxdur. Allah müşriklərin
ona şərik qoşduğu bütlərdən
uzaqdır».
Maraqlıdır ki, bir zaman Üzeyiri
Allahın oğlu adlandıran yəhudilər,
bu gün uyğun fikirin
gülünclüyünü anlayıb, əvvəlki
iddialarından əl çəkdikləri halda,
xristianlar hələ də ruh yüksəkliyi
ilə əvvəlki fikirlərində qalırlar.
Hansı ki, müasir dövrdə şüurlu
insanın Allahdan insan doğulması
kimi cəfəngiyyata inanması qeyri-
mümkündür . Bu, yalnız Allaha və
onun göstərişlərinə imansızlıq və
itaətsizlikdən doğa bilər.

[cavab]

pol L_SimuS 24 Noy 2013 / 04:41
Bu gün necə ki axır zaman imamı gəlsə müsəlmanların əksəriyyəti onu qəbul etməyəcək eləcə də isa peyğəmbər gəlsə xristianlar onu qəbul etməyəcək.onların ürəyinə, gözlərinə və qulaqlarına möhür vurulub.Allah hamımızı hidayət etsin

[cavab]

pol aze 24 Noy 2013 / 05:16
L_SimuS, Lebbeyk!Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2139 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az