..::Tək bir yaxşı əməlin qarşılığı::..
aze
23 Noy 2013 / 06:26
Tək bir yaxşı əməlin qarşılığı...
Pislik etməklə keçmişdi ömrü.
Yaxşılıq nədir bilməmişdi. İndi
cəhənnəmin astanasında idi.
Qapıda onu mələk qarşıladı. Mələk:
“Əgər həyatda bircə dəfə də olsun
yaxşılıq etmisənsə sən cəhənnəmə
girməyəcəksən.” ,- dedi. Adam
uzun müddət fikirləşdikdən sonra
meşədə gördüyü hörümçəyi
xatırladı. Bir dəfə meşədə gedəndə
bir hörümçək toru ilə qarşılaşmış,
toru qırmamaq üçün yolunu
dəyişmişdi. Həyəcanlə bu hadisəni
mələyə danışdı.
Mələk gülümsədi və əllərini bir-
birinə vurdu. Bu vaxt göydən bir
hörümçık toru endi. Adam artiq bu
tordan tutub cənnətə girə bilərdi.
Sevinclə tora yaxınlaşdı. Ancaq
yanındakı adamlar da tordan
tutmaq, onunla birlikdə
cəhənnəmdən çıxmaq istəyirdilər.
Adam torun bu qədər adama
dözməyəcəyini düşündü və qorxu
içərisində onları itələməyə başladı.
Bu vaxt tor doğurdan da qırıldı.
Hamısı bir yerdə cəhənnəmə
düşdülər. “Heyif “ – dedi mələk –
“Həyatda etdiyin yeganə yaxşılığı
da öz əlinlə məhv etdin. Halbuki o
adamlara tordan tutmağa imkan
versə idin, hamının xilas olacağını
görəcəkdin”.
[cavab]
za_rodinu
23 Noy 2013 / 12:48
allah razi olsun
[cavab]
aze
23 Noy 2013 / 19:08
za_rodinu, Allah sene yar olsun
[cavab]
Bölmeye qayıt