..::Fani::..
aze
23 Noy 2013 / 05:36
Yer üzərində Fani adlı biri
yaşayırdı. Onun 3 dostu vardı.
Dostlarından
ikisini daha çox sevər, onlarla tez-
tez görüşər,
çoxlu söhbət edərdi. Üçüncü dostu
isə çox gec-
gec yadına düşərdi.
Bir gün şəhərin Baş Hakimi Fanini
yanına
çağırdı. Fani Hakimdən çox
qorxduğu üçün
dostlarından birinin onunla
getməsini, onu tək
buraxmamasını istədi. O, əvvəlcə
birinci — ən
çox sevdiyi dostunun yanına üz
tutdu. Dostu
üzünü turşutdu və çox zəngin bir
məclisə dəvət
aldığını və buna görə onunla gedə
bilməyəcəyini
söylədi. Fani bundan sonra ikinci
— ən sevdiyi
dostunun yanına getdi və ondan
onunla
getməsini xahiş etdi. Dostu bir az
tərəddüddən
sonra bu xahişi qəbul etdi və
onunla getdi.
Məhkəmə qapısına çatanda isə
ayaq saxladı və
dedi: "Bağışla, mən bundan sonra
gələ
bilməyəcəyəm, çox qorxuram."
"Sən özün tək
getsən, daha yaxşı olar". Fani
əlacsız məhkəmə
qapısından tək içəri daxil oldu.
Hakim onu bu
günə qədər etdiyi işlərə görə
sorğuladı. Elə bu
vaxt Faninin gözləmədiyi anda
üçüncü dostu
onun köməyinə gəldi və elə şeylər
danışdı ki,
Hakim Faninin günahlarını
bağışladı.
Bu hekayədə Fani biz insanlar,
məhkəmə qapısı
məzar daşı, Hakim isə uca Allahdır.
Birinci dost
bu həyatda ən çox sevdiyimiz var-
dövlətimizd ir
ki, biz onu özümüzlə o biri
dünyaya apara
bilmərik. İkinci dostumuz yaxın
qohum-
əqrabımız, dost-tanışlarım ızdır.
Onlar da bizimlə
yalnız məzarlığa qədər gələ bilərlər,
lakin o biri
tərəfə bizimlə gedə bilməzlər.
Üçüncü, gec-gec
xatırladığımız dost isə o biri
dünyada bizə ən
çox faydası toxunacaq olan, bu
fani dünyada
etdiyimiz yaxşılıqlardır.
Üçüncü dostunuza daha çox
diqqət yetirin.
Çünki bizə ən çox onun faydası
toxunacaq!
[cavab]
CEKA21
23 Noy 2013 / 06:09
aze, Allah razi olsun
[cavab]
aze
23 Noy 2013 / 06:15
CEKA21, Allah sene yar olsun
[cavab]
PORSCHE
24 Noy 2013 / 23:41
Allah razı olsun.
[cavab]
ErRoR_MEDVED
25 Noy 2013 / 00:04
MasAllah goze yazmisan,Allah razi olsun
[cavab]
aze
25 Noy 2013 / 01:11
PORSCHE, Allah sene yar olsun
[cavab]
aze
25 Noy 2013 / 01:12
ErRoR_MEDVED, Allah sene yar olsun
[cavab]
(=AyaN=)
25 Noy 2013 / 01:15
iBretamiz hekayedi cox sagol Allah razi olsun
[cavab]
aze
25 Noy 2013 / 02:18
(=AyaN=), Allah size yar olsun
[cavab]
*K_I_L_L_E_R*
25 Noy 2013 / 20:35
Allah senden razi olsun exi
HEYAT _fani_ OLUM _ani
[cavab]
Bölmeye qayıt
0.1503 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az