..::Oxuyan Anlar::..

pol aze 23 Noy 2013 / 05:13
Bir gənc uzaq bir məmləkətə səfər
edir. O, səfər zamanı çox qəribə
mənzərələrin şahidi olur. Amma
gördüklərindən bir şey anlamır.
Qarşısına çıxan ilk qəribə mənzərə
belə olur: Bir neçə adam tarlaya
buğda səpirdilər. Buğda dənləri
torpağa düşən kimi boy verib
qalxır, o andaca məhsul verir,
amma əkinçilər məhsulu toplamaq
əvəzinə tarlanı yandırırlar.
İkinci qəribə mənzərə belə idi: Bir
adam böyük bir daşı yerdən
qaldırmağa çalışır, amma bacarmır.
O, böyük daşın üstünə bir
başqasını da qoyandan sonra
qaldıra bilir. Üçüncü daşı qoyanda
daha asan qaldırır. Gənc nə qədər
baxsa da, bir şey anlaya bilmir və
yoluna davam edir.
Yolda rast gəldiyi üçüncü qəribə
mənzərə də belə olur: Bir adam
qoyunun belinə minib, bir neçə
adam da onun çiyninə dırmaşıb.
Qoyun sürətlə qaçır, bir neçə adam
da onların dalınca nə qədər
yüyürsələr də, çata bilmirlər.
Gənc bu gördüklərini nə qədər
götür-qoy eləsə də, bir məna
anlaya bilmir və gəlib bir şəhərə
yetişir. Giriş qapısının yanında
nurani bir qoca görüb, salam verir.
Qoca da salamı alır və onu saxlayıb
söhbətə tutur. Oğlan yol boyu
gördüklərini söyləyir və qoca da
onun dediklərini belə izah edir:
- Gördüyün o əkinçilər, buğda
tarlası və onu yandıran adamlar
bilirsənmi kimlərdir? - Əvvəlcə
yaxşılıq edən, sonra da elədiyi
yaxşılığı orda-burda danışıb
dəyərini heçə endirənlər.
- Daş qaldıran adam ilə sənə başqa
bir mesaj verilib. O mənzərənin
mənası budur ki, ilk dəfə günah
işləmək insan üçün çox ağırdır.
Amma insan günahı işləyəndən
sonra tövbə etməsə, növbəti
günahlar ona çox yüngül gəlir.
Tövbəsi olmayan bir günah başqa
bir günah üçün açılmış qapıdır.
- Qoyun və onun belindəki
adamlara gəlincə unutma ki,
qoyun cənnət heyvanıdır, belinə
minənləri də cənnətə
daşımaqdadır. Qoyuna ilk minən
alimlərdir. Alimlərin çiynindən
asılanlar isə hər təbəqədən olan
möminlərdir. Onların dalınca
qaçanlar isə inancsızlar,
dinsizlərdir.
Bəli, dəyərli oxucular, bu söhbət
əslində bir çox maraqlı mövzulara
qapı kimi açılır. Biz isə daha çox
birinci mənzərə, yəni qazandığını
məhv etmə məsələsi üzərində
durmağa çalışacağıq. Çünki bu gün
mühitimizdə bu mənzərə çox
geniş yayılmış görüntülərdəndi r.
Əgər insan etdiyi yaxşılığı başa
qaxacaqsa, onu heç eləməsə
yaxşıdır. Başa qaxmaq üçün edilən
yaxşılıq dünya mənfəəti niyyəti
ilədir. Allah rizası, rəğbəti
qazanmaq üçün edilən yaxşılıq heç
zaman başa qaxılmaz. Başa
qaxılmaq bir yana dursun,
unudular və ağla gətirilməz belə.
Şeytanın övladlarından birinin adı
Mütəkazidir və işi də gizlində
edilmiş yaxşılıqları aşkara çıxarıb
bərəkətini qaçırmaqdır, insanı
iflasa sürükləməkdir. Yəqin ki, hər
kəsi eyni sual düşündürəcək: Bu
necə olur?- Cavabı bəllidir. İnsan
kiməsə bir yaxşılıq edir və elədiyi
yaxşılığı da gizli saxlayır. Allah-
Təala da o qulunun yaxşı əməlinə
bir savab deyil, düz yüz savab
yazır. Şeytan balası rahatlığını
itirir, qəzəbindən od tutub yanır
və o adamın bu qazancını heçə-
puça çıxarmaq üçün min bir oyun
oynayır. Davamlı olaraq onun
nəfsini şişirtməyə başlayır,
vəsvəsə verir, “sən insanlar
arasında böyük ehtirama, rəğbətə
layiqsən”- kimi mədhiyyələrlə onu
təvazö məkanından uzaqlaşdırıb
təkəbbür uçurumuna doğru çəkir.
Elə ki, bu adam elədiyi o yaxşılığı
açıb söylədi, aldığı yüz savabdan
doxsan doqquzu silinər, qalar biri.
Heç diqqət yetirmisinizmi, insan
elədiyi yaxşılığı gizli saxladıqca
içində dəyərli bir cövhər olduğunu
düşünür, elə ki, açıb söylədi,
ətrafının alqışları altında bir
müddət məmnun olur, amma
zaman keçdikcə söylədiyinin
üzüntüsünü yaşayar, sanki nəyisə
əlindən salıb itirib.

[cavab]

pol aze 23 Noy 2013 / 05:14
Bu məqam o qədər önəmlidir ki,
bəlkə də insanın iman dərəcəsini
ölçmək üçün ən dəqiq göstəricidir.
Əgər insan elədiyi yaxşılıqları
“Allah bildi, mənə kifayətdir”
düsturu ilə unuda bilirsə, kimsəyə
söyləmirsə, demək Allaha təslim
olmuş bəndədir. Yox əgər birisi
Allah bildi, çox gözəl, “qoy insanlar
da bilsinlər, məni tərifləsinlər,
öysünlər” havasına girdisə, demək
artıq şeytanı sevindirdi və
qazandığı savabın da doxsan
doqquzu getdi.
Ən böyük günah şirkdir, yəni Allahı
inkar etmək, tanımamaq, Ona şərik
qoşmaq. “Şirk” sözü də elə “şərik”
sözü ilə eyni kökdən gəlir. Şirkin
müxtəlif dərəcələri var: Allaha
inandığın halda cahillik üzündən
işlənən şirkdən tutmuş Allahı
inkara qədər. Əlbəttə, bilərəkdən
Allahı inkar etmək ən böyük günah
olmaqla yanaşı insanın özünə qarşı
işlədiyi ən böyük zülmdür. Çünki
qulun Allahı tanıyıb-tanımam ası
ancaq özünə xeyir, ya da zərər
verər. Qulun Allahı tanımaması
özünü hər cür mərhəmətdən
məhrum hala gətirməsidir.
Tanımadığından bir şey diləməyə
nə üzün olar? Tanıdınmı, Haqqını
bildinmi, bir yol səcdə edib
“Allahım, mən Sənin bəndənəm,
qulunam” dedinmi? Demədinsə,
tanımadınsa...
Birisi namaz qılır, özü də sanki
tələsir, sanki namazı tez
qurtarmağa çalışır. Bu zaman onun
namaz qıldığı yerə nüfuzlu,
səlahiyyətli bir adam gəlir. Bunun
gəlişi ilə namazın ahəngi dəyişir.
Bayaqdan tələm-tələsik qılınan
namazın şəkli dəyişir, indi süslü
hala gətirilir, bütün bəzəyi,
aksesuarı ilə birlikdə qılınmağa
başlayır. Gələn adam bir şey
anlamır, amma aradan bir qədər
keçəndən sonra həmin namaz
qılan adam oturub öz davranışını
düşündü və çox utandı: Demək
mən o qədər cahiləm ki, üz tutub
səcdə etdiyimi deyil, yanımdakı
insanı görürəm. Mən bu namazı
kimin rizasını, rəğbətini qazanmaq
üçün qılıram?- Əlbəttə Allah-
Təalanın. Elə isə niyə qibləyə
yönəlib namaza başlayanda Allah-
Təalanın məni gördüyünü
düşünmürəm, amma birisi içəri
girəndə özümü yığışdırıb namazı
səliqə ilə, ədəbinə uyğun şəkildə
qılıram? Mən bu insanın rəğbətini
istəyirəm, yoxsa Allahın? Bəs
namazın əvvəlində əllərini
qulağının dibinə qoyub “Allahu
Əkbər” deyirsən haa, o nə
deməkdir- Əllərini qulaqlarının
dibinə qaldıranda Allahla aramda
olan hər şeyi arxama atdım, bu
aradan dünyanı çıxardım, demək
deyildimi? Bəs niyə belə oldu?-
Demək atmamışam, Allahla
aramdan dünyanı çıxarmamışam.
Bu şirkdirmi?- bəli, amma cahilliyin,
anlamazlığın doğurduğu şirk.
Tövbə elə, bir də təkrarlama. Mən
münafiqəmmi görəsən, yəni
riyakarammı?- Üzdə bir cür
görünüb, gerçəkdə başqa cür
birisiyəmmi?- Bilmirəm. Amma hər
halda “Allah-Təala hər an məni
görür” düşüncəsindən məhrum
olmaq böyük itkidir, ağır
məhrumiyyətdir, ələlxüsus da
namaz üstündə belə mən bu cür
cahilliyə davam edirəmsə, halım nə
olacaq görəsən?

[cavab]

pol aze 23 Noy 2013 / 05:15
İnsanın münafiq olmadığının
əlamətlərindən biri də tez-tez
“mən münafiqəmmi?” deyə özünü
sorğu-suala çəkməsidir.
Namazı təkbaşına bir cür, insanlar
arasında başqa cür qılan birisi hər
halda Allah-Təalanı inkar edən və
ibadətə yaxın durmayan qədər
kafir, günahkar deyil, bütün
xətaları cahilliyindən qaynaqlanır.
Amma bir məsələ də var ki, insan
hər zaman öyrənməyə, durulmağa,
yüksəlməyə can atmalıdır.
Rəsulullah (s.ə.s.): “İki günü
bərabər olan ziyandadır”
buyurmaqla müsəlmanları hər gün
nəsə yeni bir şey öyrənməyə,
Haqqa yaxınlaşmaq niyyətiylə
addımlar atmağa, xeyirli iş görüb
savab qazanmağa təşfiq edir.
Kimsənin görmədiyi yerdə bir
müsəlmanın problemini öz
ehtiyacından üstün tutmaq, onun
həllinə çalışmaq Allahı məmnun
etməkdir. Bu səviyyə əslində
ehsan məqamıdır, yəni Allah-
Təalanı görməsən də hər zaman
Allah-Təala ilə üzbəüzmüş kimi,
Onun baxışları altında davranış
dərəcəsidir. Bu düşüncə, bu əhval-
ruhiyyə içində yaşayan insan
əlbəttə haramın hər çeşidindən,
azından da, çoxundan da qaçar.
Ola bilsin ki, elədiyi yaxşılığı dilinin
altında tutmaq kiməsə bir qədər
çətin görünə bilər, amma əmin
olun ki, bunu bacaranın qəlbinə
Aləmlərin Rəbbi elə bir həzz, elə bir
zövq qoyar ki, söyləyib bir anlıq
təkəbbürlənmək, sonra da iflas
etdiyini anlamaq insan olana
sonsuz üzüntü verər.
Elədiyi yaxşılığı söyləyənlər
şeytanı güldürənlərdir. Hər kəs öz
seçimini edir, kimi Allahı məmnun
edir, kimi şeytanı güldürür, amma
hər kəs də özünə, öz əməlinə şahid
olur. Şahid olur ki, sonra
əməllərinin qarşılığını alanda etiraz
haqqına sahib olmasın. Vəssalam!

[cavab]

pol El@ 23 Noy 2013 / 05:28
vauuu superdi ataw twk

[cavab]

pol aze 23 Noy 2013 / 05:31
El@, Allah razı olsun

[cavab]

pol El@ 23 Noy 2013 / 05:58
aze, sendende ataw

[cavab]

pol aze 23 Noy 2013 / 06:04
El@, elhemdulilleh

[cavab]

pol Boxing 23 Noy 2013 / 12:51
eladi. ALLAH razi olsun

[cavab]

pol PORSCHE 23 Noy 2013 / 14:02
aze, Allah razı olsun.

[cavab]

pol aze 23 Noy 2013 / 19:09
Boxing, Allah sene yar olsun

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1724 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az