..::Ibadət Çətinliklərinə Dözmək::..
aze
22 Noy 2013 / 17:23
İBADƏT ÇƏTİNLİKLƏRİNƏ DÖZMƏK..
Allahpərəstlik yolunda çətinliklər
də mövcuddur. İstər xalqı Allah
düşüncəsindən çəkindirən
tağutlar, istər dindarları
məsxərəyə qoyan dinsizlər, istər
insanı ibadətdən çəkindirməyə
çalışan nəfs və şeytan, istər
maneçilik törədən hər bir amil
tərəfindən çətinliklər yaranır.
Yoxsa, İslam Peyğəmbərini (s)
namaz zamanı Kə’bədə
incitmirdilər?!
Yoxsa, mübariz müsəlmanlar
allahpərəstlik xatirinə tağut
işgəncələri altında can
verməyiblər?!
Yoxsa Bilal Həbəşilər kimilərə Allah
yolunda şallaq vurulmadı?!
Allah adamları heç bir halda Allaha
pərəstişdən və dinin icrasından əl
çəkmədilər. Həzrət Zeynəb (ə)
gördüyü bütün müsibət və
şəhadətlərə baxmayaraq Kufə və
Şama səfər zamanı gecə namazını
tərk etmədi. Baxmayaraq ki,
halsızlıqdan ayağa qalxa bilmirdi!
Haqq yolun can bahasına keçilən
çətinlikləri vardır. Bu yolda
düşmənlərdən qorxmaq lazım
deyil. Həzrət Əli (ə) buyurur: “Haqq
yolunda yolçuların azğınlığına
görə qorxmayın.” Bə’zən nə isə
almaq, yemək-içmək və ya başqa
bir məqsədlə israr edir, avtobusu
saxlatdırırıq. Amma namazın vaxtı
çatdıqda maşını saxlamaq üçün
cəhd göstərmirik!
[cavab]
Piryanka
22 Noy 2013 / 19:00
duzdu ....twk
[cavab]
aze
22 Noy 2013 / 19:02
Piryanka, Allah razı olsun
[cavab]
Aprel
22 Noy 2013 / 21:05
Çox gözel mövzudu
[cavab]
aze
22 Noy 2013 / 21:15
Aprel, Allah razı olsun
[cavab]
Bölmeye qayıt