..::Hamıya Qismət::..
aze
22 Noy 2013 / 17:19
Rəbbim bir insan qoy qəlbimə.
Amma o insan sənin də sevdiyin
olsun Və mənə elə bir insan sevdir
ki, O insanın ürəyi Səni sevən bir
məbəd olsun. Məni elə bir insanla
görüşdür ki, məndən əvvəl onunla
görüşmüş olan Sən olasan Onunla
əl-ələ tutduğumuzda İkimizin
üzərində Sənin əlin olsun Mənə elə
gözlər göstər ki, Mən o gözlərdən
sənə baxım Mənə elə bir sevgili ver
ki, O gözlər Cənnətə açılan iki
pəncərə olsun Onunla elə bir yolda
gedək ki, Bələdçimiz sən olasan ey
Rəbbim Elə bir sevgili ver ki mənə,
Ona sarıldığımda kainat bizə
baxsın Bir-birinə sarılsın Sevgimiz
qurdla quzuları barışdırsın Bizə
baxıb şeytan Adəmə səcdə etsin.
Günah savab uğrunda özünü fəda
etsin. Ölülər bir-bir oyansın
sevgimizlə. Bizə elə bir sevgili ver
ki, Sevgimizdə Məhəmməd (s.e.a.s)
sevilsin. Elə sevək ki bir-birimizi Hz.
Xədicə göylərdən bizə səslənsin Və
desin ki, Ya Məhəmməd bax bu
sevgililərə. Onlar bizdə... bizdə
onlardanıq. Bax Eşqimiz bir daha
yaşanır yer üzündə.
[cavab]
Piryanka
22 Noy 2013 / 18:58
Amin insAllah....Allah razi olsun
[cavab]
aze
22 Noy 2013 / 19:01
Piryanka, Allah size yar olsun
[cavab]
Bölmeye qayıt
0.2231 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az