♡♡♡Uzaqda Olsan Bele♡♡♡

pol CEKOKASKO 22 Noy 2013 / 17:16
Sevgi deyilən hiss nə qədər qəribə, ülvi hissidir. Elə hissdir ki, insan özündən əvvəl sevdiyi insanı düşünür. Ürək bir insanı bu qədərmi sevər? Bir insan üçün özündən vacib, özündən dəyərli heç kim yoxdu. Amma mənim üçün özümdən də, canımdan da dəyərli bir varlıq var. Bir sevdiyim və bir sevənim var. Nə olsun ki, sevdiyim çox uzaqlardadır? Nə olsun ki, ona əlim çatmır, gözlərinə baxaraq "Səni sevirəm, sənin üçün darıxmışam" deyə bilmirəm. Nə olsun ki, ağlayanda göz yaşımı silə bilmir?

Nə olsun ki, ehtiyacım olduğu vaxtda təsəlli verə bilmir? Amma, yenə də onu çox sevirəm. Bilirəm, o da məni düşünür, o da hədsiz darıxır, birlikdə keçirdiyimiz günlər üçün. Uzaq da olsa mənimlədir. Fikiri də, ürəyi də, ruhu da yanımdadır. Hər zaman mənimlədir. Ona toxuna bilməsəm də, xatirələrimizə toxunuram. Dönüb keçmişə baxıram. Ordan sevgi dolu baxışlarla gülümsəyən biri var. O da canımdan bir parça, hayatımın mənasıdır. 
Uzaq da olsan sevirəm səni

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1688 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az