..::Mənə bir az ondan danış::..
aze
22 Noy 2013 / 06:20
Mənə bir az ondan danış,
Azda olsa yaşat məni,
Çox dadmışam için-için,
Bir az ağlat boşalt məni
Yaman sıxır həyat məni...
Mənə bir az ondan danış,
Duruşundan, yerişindən
Şirin-şirin gülüşündən
Gəlişindən, gedişindən
Bacardıqca hər işindən,
Nə bilirsən axır çalış...
Mənə bir az ondan danış...
Başın necə qatmağından,
Istəyinə çatmağından,
Hər gün bir az öldüyüm də,
Gecə rahat yatmağından,
Məni necə atmağından...
Mənə bir az ondan danış,
Söylə neynir can yoldaşım?
Qısqanclıqdan çoşum daşım,
Qoy lap quru söznənsə də
Özümü itirim çaşım,
Ona yenə yaxınlaşım...
Mənə bir az ondan danış,
Danış təbim dilə gəlsin,
Hər bir sözün bağrım dəlsin,
Qoy içkisiz qoy içmədən,
Ruhum bir az məzələnsin,
Xatirələr təzələnsin...
Mənə bir az ondan danış,
Qaytar mənə xatirəmi,
Qaytar mənə gətir məni,
Al onsuz bir gələcəkdən,
Keçmişimdə itir məni,
Danışdıqca bitir məni...
Mənə bir az ondan danış,
Hicran pozub düzənimi,
Sarıb şeir qəzəlimi,
De ki təsəllim öpməkdir,
Ondan yazan öz əlimi,
Görərsənsə gözəlimi
Ona bir az məndən danış...
Nüsrət Kəsəmənli
[cavab]
ErRoR_AmiGo
22 Noy 2013 / 17:06
ela superdi
[cavab]
aze
22 Noy 2013 / 17:10
ErRoR_AmiGo, Allah razı olsun
[cavab]
GARDINER
22 Noy 2013 / 23:39
elaaaaa
[cavab]
Boxing
22 Noy 2013 / 23:56
cox dolmuwam icin icin olmali idi mence
[cavab]
aze
23 Noy 2013 / 02:21
Boxing, texniki sehv
[cavab]
aze
23 Noy 2013 / 02:21
GARDINER, Allah razı olsun
[cavab]
Bölmeye qayıt