..::Zəvvar::..

pol aze 22 Noy 2013 / 04:53
Zəvvarın
İmamların (ə) hərəminə
piyada getməsinin xüsusi
dəyəri vardır. Piyada ziyarətə
getmək təkcə cismi hazırlıq
istəmir, bəlkə ruhu da
çalışdırır. Piyada getmək
istisna bir fürsətdir ki, onu
əldən vermək olmaz.
Zəvvarın bu yolda atdığı hər
bir addım insan ruhunu
çirkinliklərdən pak edər.
Hədislərdə oxuyuruq ki, hər
kim Əba Abdullahın (ə)
ziyarətindən qayıdarsa,
keçmiş günahları bağışlanmış
olar. Ruhu pak olar.
İmam Sadiq (ə) səhabələrindən
birinə belə buyurur: “Hər kim
İmam Hüseyn (ə) ziyarətinin
qəsdi ilə mənzilindən çıxarsa,
Allah bu ziyarət üçün atdığı hər
addıma görə ona bir həsənə
yazar. Bir günahını məhv edər. O
zaman ki, hərəmə çatar, Allah
onu seçilmiş salehlərdən biri kimi
yazar. O zaman ki, ziyarət tamam
olar, Allah onun adını
xoşbəxtlərin siyahısına yazar. O
zaman ki, geri qayıtmaq istəyər,
bir İlahi mələk onun qarşısına
keçərək, deyər: “Allahın Rəsulu
(s) sizə salam göndərir və sənə
bildirir ki, əməlini əvvəldən başla
ki, keçmişin bağışlanmışdır”.
Əlbəttə bu cürdür. İnsan İmam
Hüseynin (ə) qırx mərasiminə
piyada gedən zaman bunu
bütün varlığı ilə hiss edər.
İmam Rza (ə) buyurur: “Mömin
əgər məni ziyarət edər və yağış
damcısı üzünə dəyərsə, Allah
onun bədənini atəşə haram
edər”. Elə bu hədisə görə böyük
alimlər ildə bir dəfə səkkizinci
İmamı (ə) piyada ziyarət etməyə
gələrlər.
Məsumları (ə) ziyarət etmək
böyük savabdır. Ancaq bu yolda
çəkdiyimiz əziyyətlərin daha çox
savabı vardır. O insan ki, piyada
halda daxili eşq və sevgisinə
cavab vermək üçün Məsumların
(ə) hərəminə tərəf irəliləyərsə,
ömrünü ən gözəl ibadətə sərf
etmiş olar. Allahın verdiyi bu
İlahi sərmayədən ən gözəl
şəkildə bəhrələnək.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1371 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az