..::Haram pulla məscid tikmək olarmı?::..
aze
22 Noy 2013 / 01:12
Haram pulla məscid tikmək olarmı?
Cavab: Şəriət hökmlərinə əsasən,
heç bir şəxsin, haram yolla
qazandığı pulu xərcləmək hüququ
yoxdur. «Tövbə» surəsinin 18-ci
ayəsində oxuyuruq: «Allahın
məscidlərini yalnız Allaha və
qiyamət gününə iman gətirən,
namaz qılıb zəkat verən və
Allahdan başqa heç kəsdən
qorxmayanlar təmir edə bilərlər».
Məscid tikməyin əhəmiyyəti
barədə hədislər çoxdur. Həzrət
Peyğəmbər (s) buyurur: «Hər kəs
hətta quş yuvası ölçüsündə olsa
da məscid tikərsə, Allah-təala
behiştdə onun üçün bina ucaldar».
Başqa bir hədisdə Həzrət (s)
buyurur: «Hər kəs məsciddə bir
çıraq yandırsa, nə qədər ki, bu
çıraq məscidi işıqlandırır, mələklər
onun bağışlanmasını diləyər» .
Məscidin abadlaşdırılmas ı
müqabilində vəd edilən mükafatlar
əslində iki dəstəyə aiddir:
Bunlardan biri halal pulla məscid
binasını tikənlər, ikincisi məscidi
mənəvi cəhətdən düzgün
istiqamətdə abadlaşdıranlar dır.
Haram pulla məscid tikmək günah
olduğu kimi, məsciddə dinlə
uyuşmayan söhbətlərə yol vermək
də günahdır. Bir sözlə, «İlk gündən
binası təqva üzərində qurulmuş
məscid, namaz qılınmağa daha
layiqdir» . Tövbə» surəsi, ayə 108
[cavab]
Mr_PsiXxX
22 Noy 2013 / 01:19
allah razi olsun
[cavab]
aze
22 Noy 2013 / 01:21
Mr_PsiXxX, Allah sene yar olsun
[cavab]
tutu
22 Noy 2013 / 03:55
Allah razi olsunaze
[cavab]
aze
22 Noy 2013 / 04:02
tutu, Allah size yar olsun
[cavab]
Bölmeye qayıt