..::Biri vardı biri yox::..

pol aze 21 Noy 2013 / 21:07
BIRI VARDI BIRI YOX
Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki:
Əvvəlindən biri vardı, biri yox.

Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəklə çıxarmışam mən qışı.
Şalvar, pencək geyinirdi tay-tuşum
Məndə isə biri vardı, biri yox.

Üzüm güldü tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə,
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.

Qəlbim yandı, ilk sevgimdən,
eşqimdən,
Dara düşdüm, əl ummadım heç
kimdən.
Məclislərdə can deyib can eşidən
Dostlarımın biri vardı, biri yox.

Mən orduya nələr görüb
getmişdim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox.

Uzaq gəzdi əmi, dayı, bibilər
Sözarası mənə ?evlən? dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.

Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən,
Vaxt gələcək sən özün
deyəcəksən,
Deyəcəksən: ?biri vardı, biri yox…


Nüsret Kesemenli

[cavab]

pol @FermaN@ 21 Noy 2013 / 21:13
SUPER SUPER SUPER

[cavab]

pol CEKA21 21 Noy 2013 / 21:39
aze, Ela ellerin var olsun

[cavab]

pol aze 21 Noy 2013 / 21:52
CEKA21, Allah razı olsun

[cavab]

pol aze 21 Noy 2013 / 21:52
@FermaN@, Allah razı olsun

[cavab]

pol Dovwanim 21 Noy 2013 / 21:55
insan baw cixarmir bezen ozunden
inciyir dostunun birce sozunden
men cox aglasamda senin uzundensen
sen ki goz yawimi silen deyilsen

[cavab]

pol aze 21 Noy 2013 / 22:00
Dovwanim, Allah razı olsun

[cavab]

pol (=PaNTeR=) 21 Noy 2013 / 23:58
Alllah canivi sag elesin bu seir superdi.evde oxudum anam ezber bilirmis.cox hissesi mene de aiddi senim movzularvi oxUyub serh yazmirdim indi hamsina klas!

[cavab]

pol aze 22 Noy 2013 / 00:14
(=PaNTeR=), Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1626 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az